Film Azərbaycanda Sovet ədəbiyyatı günlərinə həsr olunmuşdur.
Əbədi qardaşlıq | |
---|---|
Janr | sənədli film |
Rejissor | Xamiz Muradov |
Ssenari müəllifi | Emil Ağayev |
Operatorlar |
Vladimir Konyagin Tofiq Sultanov Faiq Qasımov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1975 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1975 |
Texniki məlumatlar |
2 hissə 560 metr 35 mm |
Rəng | rəngli |
Qonaqpərvər Azərbaycan torpağı Rusiyanın şairlərini, yazıçılarını, ədəbiyyat xadimlərini dost kimi qarşıladı. Həmin günlərdə respublikanın bir çox şəhərlərində, kolxoz tarlalarında, sənaye obyektlərində, tələbə auditoriyalarında görüşlər, oxucu konfransları, disputlar keçirilirdi. Bütün bu tədbirlər filmdə öz əksini tapmışdır.