Xarizma Karpenter

Vikipediya, azad ensiklopediya
Rovshan.95 (müzakirə | töhfələr) (→‎Həyatı) tərəfindən edilmiş 06:42, 26 sentyabr 2010 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Xarizma Li Karpenter (23 iyul, 1970, ing: Charisma Lee Carpenter) Amerikalı aktrisa.

Həyatı

Xarizma Karpenter 23 iyul, 1970-ci ildə Amerikada, Las-Veqasda anadan olub. Valideynləri onun adını "Avon" brendinə aid "Charisma" ətrinin adından götürüblər. Uşaqlıqda aktrisa adına görə həmyaşıdları arasında xəcalət çəkirmiş və hamıya özünü Krissi kimi təqdim edirmiş. Onun sözlərinə görə, məhz belə ekzotik ad daşıdığına və bununla barışmaq istəmədiyinə görə o, daim xoşagəlməz durumlara düşürmüş. Atasının maşınını qaçırması isə şıltaqlığının son həddi idi. Aldığı pis qiymətlərə baxmayaraq, Xarizma məktəbddə yerli komandaya dəstək qrupunun lideri idi və olduqca fəallıq göstərirdi. 15 yaşı olanda ailəsi əvvəl Meksikaya, sonra isə San-Dieqoya köç edib.

Səhnəyə gəlişi, çəkildiyi filmlər və əsas fəaliyyəti