Xarizma Karpenter

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Xarizma Li Karpenter (23 iyul, 1970, ing: Charisma Lee Carpenter) Amerikalı aktrisa.

Həyatı

Xarizma Karpenter 23 iyul, 1970-ci ildə Amerikada, Las-Veqasda anadan olub. Valideynləri onun adını "Avon" brendinə aid "Charisma" ətrinin adından götürüblər. Uşaqlıqda aktrisa adına görə həmyaşıdları arasında xəcalət çəkirmiş və hamıya özünü Krissi kimi təqdim edirmiş. Onun sözlərinə görə, məhz belə ekzotik ad daşıdığına və bununla barışmaq istəmədiyinə görə o, daim xoşagəlməz durumlara düşürmüş. Atasının maşınını qaçırması isə şıltaqlığının son həddi idi. Aldığı pis qiymətlərə baxmayaraq, Xarizma məktəbddə yerli komandaya dəstək qrupunun lideri idi və olduqca fəallıq göstərirdi. 15 yaşı olanda ailəsi əvvəl Meksikaya, sonra isə San-Diyeqoya köç edib.

Səhnəyə gəlişi, çəkildiyi filmlər və əsas fəaliyyəti

San-Diyeqoda o, Sənət Məktəbini bitirib. Gözəllik müsabiqəsində iştirak edən Xarizma birinciliyə nail olub. Ancaq gözəl olması onun yeganə üstün cəhəti deyildi. Hollivuda üz tutmazdan əvvəl o, yaxşı təhsil almaq istəyirdi. Kollec üçün pul əldə etmək məqsədi ilə isə satıcılıq və ofisiantlıq etmək lazım gəldi. Ancaq bir reklam agentinin ona rast gəlməsi ilə Xarizmanın karyerası start götürdü. O, iyirmidən çox reklam çarxına çəkildi və televiziya onun karyerasının məntiqi davamı oldu. Artıq ilk reklam çarxından sonra Xarizma dram kurslarına yazılmışdı. Bu uzun yol yeni şoulardan birində məktəb kraliçası rolunu oynamaqla başladı. "Malibu sahilləri", "Baffi" və "Mələk" serialları onun ilk işləri arasında yer alırdı. Aktrisa daha "Baffi" serialındakı kimi zərərverici bir qız obrazını yaratmaq istəmir.