Xarizma Karpenter

Vikipediya, azad ensiklopediya
Rovshan.95 (müzakirə | töhfələr) tərəfindən edilmiş 17:51, 26 sentyabr 2010 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Xarizma Karpenter
Doğum adı Charisma Lee Carpenter
Doğum tarixi 23 iyul 1970(1970-07-23) (53 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa, televiziya aktrisası, kino aktrisası, model[d]
Fəaliyyət illəri 1994-cü ildən
IMDb ID0004806
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarizma Li Karpenter (23 iyul, 1970, (ing. Charisma Lee Carpenter) - Amerikalı aktrisa.

Həyatı

Xarizma Karpenter 23 iyul, 1970-ci ildə Amerikada, Las-Veqasda anadan olub. Valideynləri onun adını "Avon" brendinə aid "Charisma" ətrinin adından götürüblər. Uşaqlıqda aktrisa adına görə həmyaşıdları arasında xəcalət çəkirmiş və hamıya özünü Krissi kimi təqdim edirmiş. Onun sözlərinə görə, məhz belə ekzotik ad daşıdığına və bununla barışmaq istəmədiyinə görə o, daim xoşagəlməz durumlara düşürmüş. Atasının maşınını qaçırması isə şıltaqlığının son həddi idi. Aldığı pis qiymətlərə baxmayaraq, Xarizma məktəbddə yerli komandaya dəstək qrupunun lideri idi və olduqca fəallıq göstərirdi. 15 yaşı olanda ailəsi əvvəl Meksikaya, sonra isə San-Diyeqoya köç edib.

Səhnəyə gəlişi, çəkildiyi filmlər və əsas fəaliyyəti

Xarizma Karpenter, 2005, Comic-Con

San-Diyeqoda o, Sənət Məktəbini bitirib. Gözəllik müsabiqəsində iştirak edən Xarizma birinciliyə nail olub. Ancaq gözəl olması onun yeganə üstün cəhəti deyildi. Hollivuda üz tutmazdan əvvəl o, yaxşı təhsil almaq istəyirdi. Kollec üçün pul əldə etmək məqsədi ilə isə satıcılıq və ofisiantlıq etmək lazım gəldi. Ancaq bir reklam agentinin ona rast gəlməsi ilə Xarizmanın karyerası start götürdü. O, iyirmidən çox reklam çarxına çəkildi və televiziya onun karyerasının məntiqi davamı oldu. Artıq ilk reklam çarxından sonra Xarizma dram kurslarına yazılmışdı. Bu uzun yol yeni şoulardan birində məktəb kraliçası rolunu oynamaqla başladı. "Malibu sahilləri", "Baffi" və "Mələk" serialları onun ilk işləri arasında yer alırdı. Aktrisa daha "Baffi" serialındakı kimi zərərverici bir qız obrazını yaratmaq istəmir.

Hazırda o, Los-Ancelesdə yaşayır. Boş vaxtlarında aktrisa alpinizm, piyada turizmi, suaytullanma və atçılıqla məşğul olmaqla yanaşı, həm də Meksika mətbəxinə aid xörəklər hazırlamağı sevir. Xarizma Karpenter romantik məzmunlu şeirlər də yazır. Sevimli rəngi sarı olan aktrisanın ən xoşladığı film "Göyərçin qanadları", ən sevdiyi musiqi qrupu isə "Rolling Stones" qrupudur.

Xarici keçidlər