Əl-Cəzirə

Vikipediya saytından
Rzalı (müzakirə | töhfələr) (Yeni səhifə: '''Əl Cəzirə''' Ərəbcədə "ada" mənasını verən, mərkəzi Qatarda olan TV kanalıdır. Əl Cəzirə ilk olaraq yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə y...) tərəfindən edilmiş 08:30, 31 oktyabr 2010 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Əl Cəzirə Ərəbcədə "ada" mənasını verən, mərkəzi Qatarda olan TV kanalıdır. Əl Cəzirə ilk olaraq yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlmişdir. Kanal etdiyi yayımlarla və xüsusilə Əl Qaidə lideri Usamə bin Ladenin video görüntülərini və etdiyi şərhləri, xüsusilə 2001-ci ildə ABŞ-ın Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra dünya səviyyəsində diqqət çəkmişdir.

Tarixi

Əl Cəzirə ilk olaraq Qatar əmiri'nin 150 milyon dollarlıq maliyyə yardımıyla 1996-cı ildə yaradılmışdır.1996 Aprel ayında BBC World'ün Səudiyyə Ərəbistanı mərkəzli ərəbcə yayımlanan kanalı 2 il yayımlandıqdan sonra bağlanmış, kanal işçilərinin çoxu da Əl-Cəzirə kanalına keçmişdir. 1996-ci ilin sonlarına doğru Əl Cəzirə yayıma başlamışdır.

Əl-Cəzirənin peyk vasitəsilə Orta Şərqdə izlənilməsi bölgədəki media tarixini də dəyişdirmişdir. Əl Cəzirə yayıma başlamamışdan əvvəl Orta Şərqdə dövlətin əngəllədiyi televiziya kanalları xaricindəki kanallara baxılmazkən, Əl Cəzirənin yayıma başlamasıyla birlikdə televiziya dünyasına ifadə azadlığı baxımından yeniliklər gəlməyə başladı.Kanal Səudiyyə Ərəbistanı, Küveyt, QatarLivan-Suriya əlaqələri də daxil olmaqla bu ölkələrə bağlı mübahisəli fikirləri ekrana daşımışdır. Kimi tənqidçilər Əl Cəzirənin izlənmə qayğısı səbəbiylə sensasiyalı xəbərlər yaymaqla günahlandırmış, hətta kanalın yayımladığı bəzi programlar üzündən ciddi tədbirlər alınmışdır. Məsələn 27 yanvar 1999-cu ildə "The Oppposite Direction" (Əks İstiqamət) adlı canlı yayımlanan proqramda kanal Əlcəzair hökumətini tənqid etməyi, Əlcəzair hökuməti də proqramın izlənməsinin qarşısını almaq məqsədilə paytaxtda elektrik enerjisini kəsmişdir.[1]

Əl Cəzirənin Orta Şərq dakı siyasi mənada müstəqil tək kanal olduğu deyilir. 2000-2001 ci-ildə Livan vətəndaş müharibəsi haqqında hazırlanan sənədli filmlər kanalın reytinqini olduqca artırmış olsa da kanal əsl sıçrayışını Əl Qaidə liderlərinin bəyənatlarını yayımladıqdan sonra etmişdir.

Şəbəkə

  • Əl Cəzirə-Ərəbcə yayımlanan 24 saat xəbər kanalı (1996-cı ildə yayıma başlamışdır) [2]
  • Əl Cəzirə İdman 1 [3]
  • Əl Cəzirə İdman 2
  • Əl Cəzirə Uşaq Kanalı [4]
  • Əl Cəzirə Canlı yayım kanalı (2005) (Quruluş etibarilə BBC-Parliament'a bənzər)
  • Əl Cəzirə English-24 saat aktual Xəbər kanalı (2006) [5]
  • Əl Cəzirə Sənədli film Kanalı (2007) [6]

Kanalın Maliyyələşdirilməsi

Qatar əmiri'nin başlanğıcda etmiş olduğu 150 milyon dollarlıq maliyyə dəstəyindən sonra Əl Cəzirə 2001-ci ildən etibarən reklam alaraq özünə gəlir əldə etməyi hədəflədi. Ancaq bu cəhd müvəffəqiyyətsiz olunca, Qatar Əmri hər il kanala maliyyə dəstəyi davam etdirməyi qəbul etdi. Kanalın müəyyən gəlir mənbələri arasında reklamlar, abunəçilərin ödənişləri, digər şirkətlərlə edilən yayım müqavilələrinin yanında satılan video görüntülər də kanala maddi dəstək oldu. Məsələn Əl Cəzirənin,Əl Qaidə lideri Usamə Bin Ladenin çıxışının bir dəqiqəsini 20.000 dollara satdığı da iddia edildilirdi.[7]

Mükafatlar

Noyabr 2005-ci ildə Əl Cəzirə Index On Censorship tərəfindən verilən "senzuraya qarşı Müqavimət Mükafatına" layiq görüldü. [8]

Aprel 2004-cü ildə Webby Mükafatları Əl Cəzirənin, BBC, National Geographic, RocketnewsThe Smoking Gun la birlikdə ən yaxşı beş internet saytı na namizəd olaraq göstərdi. [8]

Dekabr 1999-cu ildə Berlində olan Düşüncə azadlığı Fondu o ilin Ibni Rüşd Media və Jurnalistika Mükafatına Əl Cəzirəni layiq gördü. [9]

2004-ci ildə Əl Cəzirə "brandchannel.com" saytının oxuyucuları tərəfindən Apple, Google, IkeaStarbucks dan sonra ən nüfuzlu beşinci dünya markası seçildi. [10]

Xarici keçidlər