"Qazaxıstanın pilot-kosmonavtı" nişanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
"Qazaxıstanın pilot-kosmonavtı" nişanı
Қазақстанның ғарышкер-ұшқышы

Ölkə
Statistika
Təsis tarixi 12 dekabr 1995

"Qazaxıstanın pilot-kosmonavtı" (qaz. Қазақстанның ғарышкер-ұшқышы ) Qazaxıstan Respublikasının 1 aprel 1993-cü il tarixli "Qazaxıstan Respublikasının dövlət mükafatları haqqında" 2069-XII saylı Qanunu əsasında təsis edilən fəxri addır. Müəyyən bir kosmik uçuş proqramını uğurla başa vurmuş, onlara verilən elmi, texniki, tədqiqat və praktik vəzifələri nümunəvi şəkildə yerinə yetirənlərə verilir.[1]

Fəxri adla ilk təltif olunan kosmonavt Sovet İttifaqı Qəhrəmanı Toktar Onqarbayeviç Əbubəkirov 15 oktyabr 1994-cü ildə təltif olunmuşdur. 1 dekabr 1995-ci il tarixli Sərəncam əsasında bu fəxri adla daha 2 nəfər — keçmiş kosmonavt, hərbi hava general-leytenantı Talqat Amangəldiyeviç Musabayev və Qazaxıstanın və Rusiya Federasiyasının Milli Qəhrəmanı, Rusiya və Qazaxıstan kosmonavt Yuri İvanoviç Malençenko təltif edildi. 20 il bu fəxri ad ilə hansısa şəxs təltif olunmadı. Lakin, 14 oktyabr 2015-ci il tarixli Sərəncamla bu fəxri ad ilə Qazaxıstanın Milli Qəhrəmanı, kosmonavt Aydın Akanoviç Aimbetov təltif edildi.

Qazaxıstan pilot-kosmonavtları:

  1. Toktar Əbubəkirov — 15.10.1994;
  2. Talqat Musabayev — 01/12/1995;
  3. Yuri Malençenko — 01/12/1995 ;
  4. Aydın Aimbetov — 14.10.2015.

İstinadlar

  1. "Закон Республики Казахстан от 1 апреля 1993 г. № 2069—XII «О Государственных наградах Республики Казахстан» // Online.zakon.kz". 2019-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.

Xarici keçidlər