Qazax dili

Qazaxca ya da Qazax Türkcəsi (qaz. Қазақша, қазақ тілі / Qazaqşa, qazaq tili, قازاقشا، قازاق تىلى ) — türk dilləri ailəsinin qıpçaq qoluna aid dil, Qazaxıstan Respublikasının rəsmi dili və qazax xalqının doğma dili. Quruluş və tələffüz baxımından qaraqalpaq, noqay, və qırğız dillərini qazaxcaya ən yaxın olan türk dilləri olaraq hesab etmək olar.

Qazax dili
Orijinal adı қазақ тілі
қазақша
Qazaq tılı
قازاق ٴتىلى
қазақ тілі[1]
Ölkələr
Tənzimləyən təşkilat Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi
Danışanların ümumi sayı
  • 12.900.000 nəf. (2019)[13]
Təsnifatı
türk dilləri
Ortaq türk dili
Qıpçaq dilləri
Qıpçaq-noqay dilləri
Qazax dili
Yazı kiril əlifbası, ərəb əlifbası, latın əlifbası
Dil kodları
QOST 7.75–97 каз 255
ISO 639-1 kk
ISO 639-2 kaz
ISO 639-3 kaz
Dilin strukturlarının dünya atlası kaz
Ethnologue kaz
IETF kk
Glottolog kaza1248
Bu dildə olan Vikipediya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yayılma arealı

[redaktə | mənbəni redaktə et]

Əsasən Qazaxıstan ərazisində, Monqolustanın qərbindəki Bayan-Ölgii aymağında (qazaxca "Bayölke", yəni "Bayölkə / Bəyölkə; varlı, bərəkətli diyar" deməkdir) və az sayda digər aymaqlarda, qismən olaraq Rusiyanın qazaxlar yaşayan bəzi sərhədyanı bölgələrində (Həştərxan vilayəti, Orenburq vilayəti, Altay Respublikasının cənubundakı Koş-Aqaç / Koş-Aqaş (yəni "Qoşaağac") rayonunda), Çinin qərbindəki Şincan Uyğur Muxtar əyalətinin şimalındakı Yili / İli Qazax Muxtar dairəsində (xüsusilə onun Taçenq / TarbağatayAltay dairələrində), Hami / Qumul dairəsinin Balıkun / Barköl Qazax Muxtar rayonu, Çanqji (uyğurca "Sanci", lakin böyük ehtimalla təmiz çincə toponimdir) Hui Muxtar dairəsinin Mulei / Mori Qazax Muxtar dairəsində, və həmçinin Qansu əyalətinin Ciutsuan şəhəri / Sucau bölgəsinə bağlı Akesai / Aqsay (yəni "Ağçay") Qazax Muxtar dairəsində geniş yayılmışdır.