Çərkəz İskəndər Paşa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Çərkəz İskəndər Paşa
ƏvvəlkiQoca Sənan Paşa
SonrakıQoca Sənan Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri İstanbul, Osmanlı imperiyası

Çərkəz İskəndər Paşa (ö. 1571) — Sultan Süleyman QanuniII Səlim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Həyatı

Doğum tarixi haqqında məlumat yoxdur. Əslən çərkəz olub, Diyarbəkir bəylərbəyi Hüsrəv Paşanın kölələrindəndir. Sürətlə yüksələrək öncə paşanın qapıçıbaşı, çavuşbaşı, ardından HələbAnadolu əyalətlərinin dəftərdarı oldu. 15 avqust 1548-ci ildə yenicə yaradılan Van bəylərbəyliyinə təyin edildi və burada Səfəvilərə qarşı qələbə qazandı. Mükafat olaraq Ərzurum bəylərbəyi təyin edildi və yenə Səfəvilərə qarşı mübarizədə iştirak etdi.

1551-ci ildə Diyarbəkir əyalətinə göndərildi və 1564-cü ilədək bu vəzifədə qaldı. 1566-cı ildə Bağdad bəylərbəyi oldu. 1568-ci ilin noyabrında Misir bəylərbəyi təyin edildi və 1571-ci ilədək bu vəzifədə qaldı. Ardından paytaxta çağırıldı və həmin il burada vəfat etdi.

Mənbə

  • Sicill-i Osmani III, səh. 129
  • Oflaz, M., "İSKENDER PAŞA VAKIFLARI ", Sosyal Bilimler Dergisi, Sayı:21, Sayfa:79