Çardaş

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bu məqalə macar xalq rəqsi haqqındadır. Digər mənalar üçün Çardaş (dəqiqləşdirmə) səhifəsinə baxın.

Çardaş (mac. csárdás - aşxana, meyxana) — macar xalq rəqsi.

Tarixçə

1801-ci ildə macar qaraçısı Yanoş Bixari Peşt şəhərində orkestr yaradır və həmin kollektiv üçün mahnı və rəqs melodiyalarını işləyir. Çox şıdırğı skripkaçı olan Y. Bixari 80-dən artıq əsərdə verbunkoş üslubunu son dərəcə yetkinləşdirir ki, sonralar onun əsasında çardaş janrı yarandı. Verbunkoşun mahiyyəti hələ lazımlı şəkildə öyrənilməyib, lakin burada əski xalq rəqsləri (haydut və çoban rəqsləri) ilə yanaşı müsəlman şərqinin və digər üslubların təsiri duyulur. Verbunkoş dil-üslubu rəmzlər, bədii surətlər və qeyri-adi melodik «gəzişmələrlə» zəngindir[1].

Özəllikləri

Çardaş rəqsi 2 hissədən ibarətdir: yavaş və cəld. Ölçüsü 2/4-dir, kəskin sinkopa ritmi ilə seçilir. Çardaş rəqsinin elementlərindən bir sıra məşhur musiqi əsərlərində istifadə edilmişdir: F. Listin "Macar rapsodiyaları", Y. Bramsın "Macar rəqsləri", Pyotr Çaykovskinin "Qu gölü" baleti və s.[2]

İstinadlar

  1. Eldar İskəndərov. Çardaş və markarlar və yaxud markalarda əksini tapan macar rapsodiyası. Arxivləşdirilib 2022-01-24 at the Wayback Machine "Musiqi dünyası" jurnalı.
  2. "Sevda Əliqızı. Hekayətli musiqi lüğəti - Ç hərfi". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-16.

Video

Həmçinin bax