Qu gölü (rus. Лебединое озеро – Lebedinoye ozero) — Pyotr Çaykovski tərəfindən 1875–1876-cı illərdə bəstələnmiş 20 opus nömrəli balet. Dörd pərdəli baletin ilk ssenarisi rus nağılı[1] əsasında yazılmışdır. Sonda şahzadə Odetta şeytan tərəfindən qu quşuna çevirilir. İlk səhnələşdirməsinin xoreoqrafı çexiyalı Yulius Rayzinqerdir. Baletin premyerası 4 mart (köhnə təqvimlə 20 fevral) 1877-ci ildə Moskvanın Bolşoy Teatrında keçirilmişdir.[2][3] Balet ilkin musiqi və xoreoqrafiya əsasında bir çox balet truppaları tərəfindən müxtəlif versiyalarda səhnələşdirilmişdir. İmperator Baleti tərəfindən ilk səhnələşdirmə isə 15 yanvar 1895-ci ildə Marius Petipa və Lev İvanovun təqdimatında Sankt-Peterburqun Mariinski teatrında baş tutmuşdur. Bu səhnələşdirmə üçün Çaykovskinin qoyuluşu və Sankt-Peterburq İmperator Teatrının rəhbəri Rikkardo Driqonun təkmilləşdirilməsi ilə mümkün olmuşdur.
Qu gölü | |
---|---|
rus. Лебединое озеро | |
| |
Tipi | Klassik balet |
Bəstəkar | Pyotr Çaykovski |
Librettist | Vladimir Begiçev |
Xoreoqraf | Yulius Rayzinqer |
Janr | balet |
Premyera |
|
Vikianbarda əlaqəli mediafayllar |
Pyotr Çaykovskinin baletləri |
---|
"Qu gölü" əfsanəsinin mənşəyi haqqında müxtəlif fikirlər vardır. Rus baletində sayılan adlardan olan Fyodr Lopuxov "Qu gölü"nü "milli balet" adlandırır. Çünki, baletdəki qu quşularının rəqslərinin qədim slavyan rəqs motivləri əsasında qurulduğunu düşünür.[4] Lopuxova görə "Qu gölünün hər iki təsviri (mövzunun birbaşa alman mənşəli olmasına baxmayaraq), qu quşlarının təsviri və inamlı təmiz sevgi rus mənşəlidir".[4] Alman yazıçısı İohann Karl Avqust Muzeusun "Oğurlanmış örtük" (alm. Der geraubte Schleier) hekayəsindən alınmış mövzu baletin librettosunun əsasını təşkil edir.[5] Ağ ördək balası haqqında rus xalq nağılının da hekayəylə bir az bənzərliyi vardır və ola bilsin ki, librettonun digər mənbəsi həmin nağıl olmuşdur. Çaykovskinin müasirləri qeyd edirdilər ki, bəstəkar, həyatı qu quşunun həyatı kimi faciəli olan Bavariya kralı II Lüdviqin həyatı ilə çox maraqlanmışdır və ola bilsin ki, baletdəki şahzadə Ziqfridin prototipi elə həmin alman kralıdır.[4]
Qu gölü baletinin mənşəyi olduqca mübahisəlidir. İlk səhnələşdirmə haqqında çox az informasiya qaldığından baletin ilkin librettosunun kimə mənsub olması haqqında yalnız müxtəlif fərziyyələr vardır. Bir çox avtoritet mənbələr librettonun müəllifinin baletin səhnələşdirildiyi vaxt Moskva Kral Teatrının rəhbəri olan Vladimir Pyotroviç Bagiçev olduğunu göstərsə də, libretto müəllifinin Bolşoy Teatrın rəqs mütəxəssisi olmuş Vasili Geltser olması haqqında da gümanlar vardır. Lakin belə bir fikir də var ki, Geltser, yalnız onun adını saxlamış ilk ssenarinin publikaya yaymaq üçün nüsxəsini hazırlamış şəxs olmuşdur. Baletin librettosunn ilk nəşrindən bəri, Çaykovskinin müəllifi olduğu və bu gün də aktuallığını itirməmiş musiqi ilə bəzi uyğunsuzluqlar vardır. Bu səbəbdən baletin ilkin librettosunun çoxlu opera və balet premyeralarında iştirak etmiş, bu haqqda Rusiya qazetlərində məqalələri nəşr edilmiş adi bir qəzet jurnalistinin olmasını düşünənlər də vardır.
Çaykovskinin iki qohumu – Yuri Lvoviç Davidov və Anna Mek – Davidov qeyd edirlər ki, bəstəkar 1871-ci ildə onların evində olanda "Qu gölü" adlı kiçik bir balet yazmışdı. Bu baletin leytmotivi Qu Quşu (və ya Qu quşlarının musiqisi) mövzunda yazılmışdı. Bagiçevin çox cüzi məbləğ – 800 rubl qarşılığında librettonu yazdığı söylənir və bundan sonra o, baleti səhnələşdirmək üçün artistlərin seçiminə başlamışdır. Xareoqraf mövqeyinə isə, 1873-cü ildən Moskva Bolşoy Teatrının Kral Baletində baletmeyster kimi çalışan çex mənşəli Culus Reisincer (1827 – 1892) təsis edilmişdir. Lakin baletin hazırlanması prosesi çərçivəsində Çaykovski Reisincer arasında hansısa işbirliyi haqqında məlumat yoxdur. Belə görünür ki, Çaykovski ilk olaraq Reisincerin heç bir spesifik şərtləri olmadan işləmişdir.[6] Böyük ehtimal ki, Çaykovskinin rəqs düzümü haqqında məlumatı olmuş və o, "Qu gölü"ndə hansı rəqs hərəkətlərinin tətbiqinin daha düzgün olacağını təxmin etmişdir. Lakin Çaykovskinin "Yatmış gözəl" və "Şelkunçik" baletləri üçün seçdiyi təlimatdan fərqli olaraq "Qu gölü" üçün seçdiyi hərəkət təlimatı saxlanılmış və istifadə edilmişdir. Reisincer xareoqrafik düzümünü təşkil etməyə başladıqda isə Çaykovskidən bəzi dəyişikliklər edilməsini tələb etmişdir. Hansı hissələrin silindiyi və ya dəyişdirildiyi bilinməsə də, Reisincerin baletin çox uzun olan hissələrində dəyişiklik aparılmasını istəməsi güman edilir. Hər halda baletin ərsəyə gətirilməsi iki mütəxəssisin birgə fəaliyyətini tələb etsə də onlar hər biri müstəqil fəaliyyəti üstün tutmuşlar.[6]
XIX əsrin sonlarında, 1890-cı illərdə yaradılmış baletlərin librettosu adətən "mütəxəssislər" adlandırılan bəstəkarlar tərəfindən yazılırdı: bəstəkarlar müstəsna bacarıq sərgiləyərək libretto, dekorasiya, anəhg, ritmizmlə musiqini daha da qabardırdılar ki, bu da o dövrün baletlərində dəb idi. Çayakovksi də özündən əvvəlki italyan Sezar Puni və avstriyalı Lüdviq Minkus kimi "Qu gölü" üzərində məhz bu cür mütəxəssis kimi çalışmışdı. Detalları öyrənənə və musiqinin sərhədsiz təsirinə məruz qalana kimi, Çaykovskinin bu cür balet mütəxəssislərinə qarşı olduqca neqativ münasibəti olmuşdur. Çaykovski daha çox, Leo Delib, Adolf Adan, daha sonra isə Rikardo Driqo kimi mütəxəssislərin balet yaradıcılığını təqdir edirdi. Bəstəkar Sergey Taneyev onun protejesində yazırdı ki, "Mən Delibin "Silviya" baletini eşitdim…necə cazibə, necə zərafət, necə zəngin musiqi, ritm və harmoniya. Mən utandım, əgər daha əvvəl bu musiqini eşitsəydim, "Qu gölü"nü yazmazdım." Çaykovski "Qu gölü" nü yazarkən daha çox Adanın 1884-cü ildə yazdığı "Jizel" baletinin leytmotivindən təsirlənmişdir. Oxşar xarakterli və ya psixi vəziyyətli obrazlardan və rəqs texnikasından o əvvəlcə "Qu gölü", daha sonra isə "Yatmış gözəl" baletlərində istifadə etmişdir.
Çaykovski əvvəlcə kompozisiyanı "Qu gölü" üçün düzənləmişdi. Bunun üçün o, 1868-ci ildə tamamladığı Voyevod operasının materiallarından istifadə etmişdir. Baletin ikinci pərdəsindən "Sevgi Dueti" adlanan rəqs səhnəsini o, həmin operanın üçüncü səhnəsindəki "Valse des fiancées" adlı ariya əsasında yazmışdır. Voyevod operasının motivləri əsasında işlənmiş digər bir səhnə isə baletin dördüncü pərdəsindən "Entr'acte" nömrəsidir. 1876-cı ilin aprelində balet üzərində işlər tamamlanmış və məşqlər başlanmışdır. Tezliklə Reisincer, onun fikrincə "baletlə uyuşmayan" nömrələri kənarlaşdırmışdır. Reisincer rəqslərə xareoqrafik düzüm verərəkən, başqa bəstəkarların əsərlərindən istifadə etməyə cəhd etmiş, Çaykovskinin etirazından sonra, onun parçaları saxlanmışdır.
Çaykovskinin baletin düzənlənməsiylə bağlı əsas narahatlığı bəstələdiyi musiqinin çox sürətli olmasıyla bağlı idi. 1875-ci ilin yazında Çaykovskiyə baletin yazılmasıyla bağlı sifariş verildikdə, ona baleti təhvil vermək üçün cəmi bir il vaxt verilmişdi. Çaykovski Sergey Taneyevə 1875-ci ilin avqustunda yazdığı məktubunda baleti, yalnız sifarişə görə yox, həm də opera mövsümünün açılışına çatdıra bilmək üçün tələsdiyini və həyəcanlandığını qeyd edirdi. Növbəylə, o əvvəlcə baletin ilk üç nömrəsi yazmış, payız və qışda isə orkestrləşdirmə ilə məşğul olmuş, yaz boyunca isə instrumentasiyanı təkmilləşdirməyə çalışmışdır. 1876-cı ilin aprelində isə işlər tamamilə yekunlaşdırılmışdır. Çaykovskinin bu əsərinin ilkin versiyasının müzakirəsi zamanı bəzi hissələr arasında kobud qırılmalar olduğu söylənmişdi. Lakin əsərdə hansısa kobud qırılma görünmürdü. Çaykovski dostlarına yazdığı müxtəlif məktublarda uzun zamandır ki, bu cür musiqi üzərində çalışmaq arzusunda olduğunu bildirmişdir və bu arzu və həvəs ona, qarşıya çıxan bütün söz-söhbətlərin öhdəsindən gəlməyə imkan vermişdir.[6]
Moskva Premyerası (Dünya Premyerası)
Sankt-Peterburq Premyerası
Bakı Premyerası
Digər yaddaqalan səhnələşdirmələr
Rolların ilk ifaçıları
Rol | Moskva 1877 | Moskva 1880 | Sankt-Peterburq 1895[7] | Moskva 1901 | London 1911 |
---|---|---|---|---|---|
Şahzadə | Olqa Nikolayeva | Cüzeppina Çeçetti | |||
Ziqfred | Viktor Gillert | Alfred Bekefi | Pavel Gerdt | Mixail Mordkin | Vaslav Nijinski |
Benno | Sergey Nikitin | Aleksandr Oblakov | |||
Volfqanq | Vilhelm Vanner | Gillert | |||
Odetta | Pelageya Karpakova | Yevdokiya Kalmıkova | Piyerina Leqnani | Adelaida Giuri | Matilda Kşessinskaya |
Von Rodbart | Sergey Sokolov | Aleksey Bulqakov | K. Kubakin | ||
Odile | Piyerina Leqnani | Matilda Kşessinskaya |
"Qu gölü"nün 4 mart, 1877-ci ildə Bolşoy teatrda keçirilən premyerası əsas rollar Odettanın ifaçısı balerina Pelageya Karpakova (həmçinin Polina Karpakova kimi də tanınır) və Şahzadə Ziqfred rolunun ifaçısı, teatrın debütant balerini Viktor Gillertin qatılımı ilə baş tutmuşdu. Balerina Karpakova daha öncə oynadığı Odile rolu ilə tanınmışdı.
Premyerada Odetta rolunun ifaçısı kimi rus balerina Anna Sobeşanskaya nəzərdə tutulsa da, balerina Moskva rəhbərliyindən bir neçə qızıl ziynət əşyası almış, daha sonra gənc rəqqasla evlənərkən həmin əşyaları satmış və premyerada iştirakdan imtina etmişdir. Petipanın baletə yeni quruluş verməsinə kimi Sobeşanskaya Kraliça Qu rolunun ifaçısı kimi nəzərdə tutulmuş Pelageya Karpakova ilə əvəzlənmişdi.
Premyera tənqidçilər tərəfindən o qədər də yaxşı dəyərləndirilməmiş, bir neçə anonim tənqidçinin qeydlərində oyunçular, orkestra və dekor tənqid edilmişdir. Çaykovskinin möhtəşəm əsəri zəif təqdimat üzündən, istənilən kimi təqdim edilməmiş, lakin bəzi tənqidçilərin qeyd etdiyi kimi baleti istənilən səviyyədə hazırlamaq üşün vaxt da az olmuşdur. Tənqidlər əsasən balet və ya musiqiyə deyil, melodramaya yönəldilmişdi. Lakin bəzi tənqidçilər musiqini də tənqid edərək "çox gurultulu, Vaqnersayağı və çox simfonik" olduğunu bildirmişdilər.[8] Tənqidçilər Reisincerin xoreoqrafiyasında da qüsur taparaq "yaradıcılıq qabiliyyəti olmayan və tamamilə yaddaqalmayan" olduğunu qeyd etmişlər.[8]
Verilmiş müxtəlif rəylərə görə premyera uğursuz olmuşdu. "Qu gölü" hekayəsinin alman mənşəli olması, "hekayədəki axmaq xırdalıqlara diqqət ayırılması və soyadlarının çətin tələffüz edilən olması" bunda rol oynamışdı.[8] Odetta rolunun ifaçısı ikinci dərəcəli balerina idi və "inandırıcı ifaya malik deyildi".[8]
Təqdimatın kasadlığı, dekor və kostyumların zəifliyi, çox yaxşı kateqoriyalı balerinaların iştirak etməməsi, baletmeysterin xəyal gücünün zəifliyi və nəhayət, orkestr...bütün bunlar birlikdə uğurlu və parlaq nəticənin qarşısını alan xətalar olmuşlar Modest Çaykovski, bəstəkarın qardaşı
|
Baletin premyerasının uğursuz alınmasına baxmayaraq, bir çox tamaşaçılar və tənqidçilərin fikirlərinə görə "Qu gölü" Çaykovskinin ən dəyərli əsərlərindən biri olmaqla, bəstəkarı dünyada baet yaradıcılığı ilə məşğul olan ən məşhur bəstəkarların sırasına qatmağa imkan vermişdir.
Premyerasının uğursuz alınmasına baxmayaraq balet səhnədən yığışdırılmamış və onun səhnə həyatı davam etmişdir. 26 aprel, 1887-ci ildə Moskva İmperial Bolşoy Teatrında prima balerina Anna Sobeşanskaya Odetta/Odile rolu ilə "Qu gölü" baletində debüt etmiş və başlanğıcdan Reisincerin xareoqrafiyası və Çaykovskinin musiqisi ilə birgə balerinanın ifası tamaşaçıları öz təsiri altına almışdır. Şobeşanskaya Peterburqa səyahət edərək Sankt-Peterburq İmperial Baletinin bir nömrəli xareoqrafı Marius Petipa ilə görüşərək balerina üçün üçüncü pərdədə "pas de deux" hissəsini "Pas de six" hissəsi ilə əvəz etməyi xahiş edərək, XIX əsr baletləri üçün xarakterik olan son tamamlama əməliyyatını yerinə yetirmişdir ki, bu da balerinanın özünəməxsus dəyişikliyi sayılır.
Petipa Sobeşanskayanın "pas de deux" hissəsinə Sankt-Peterburq İmperial Teatrının balet bəstəkarı olmuş Lüdviq Minkusun musiqisi əsasında xareoqrafik quruluş vermişdi. Həmin hissə "qısa entrée" və "grand adage"dan ibarət tipik "pas de deux classique" idi.
Çaykovski bu dəyişikliyə çox qəzəblənərək, onun musiqisinin pis və ya yaxşı olmasından asılı olmayaraq buna görə yalnız özünün məsuliyyət daşıdığını bildirmişdi. Daha sonar o, ballerina üçün yeni bir "pas de deux" bəstələməyə razılıq vermiş, lakin bu zaman başqa bir problem meydana çıxmışdı: Sobeşanskaya Çaykovskinin yeni musiqisini qəbul etməmiş, Petipanın xareoqrafiyasını saxlayaraq, Sankt-Peterburqa gedib Petipadan yeni musiqi üçün xareoqrafik quruluş istəməkdən imtina etmişdir.
Bu zaman Çaykovski Minkusun musiqisinə oxşar olan və balerinanın hansısa yeni hərəkətləri öyrənməsini gərəktiməyən musiqi bəstələməyə razılıq vermişdir. Çaykovskinin yeni musiqisi Sobeşanskayanın o qədər xoşuna gəlmişdi ki, o, bəstəkarın istədiyi dəyişiklik və əlavələri etməsinə razılıq vermişdi.
Həmin "pas de deux" 1953-cü ildə Moskva Bolşoy teatrının arxivində Aleksndr Qorskinin "Le Corsaire"ni bərpa etmək üçün aprdığı araşdırma zamanı təsadüfən aşkarlanmışdı. 1960-cı ildə Corc Balanşin həmin hissəyə Violetta Verdi və Konrad Ludlov üçün "Çaykovski Pas de Deux"[9] adıyla yenidən xareoqrafik quruluş vermiş və həmin hissə bu günə kimi oynanılmaqdadır.
Culus Reisincer Moskvanı 1879-cu ildə tərk etmiş və onu mövqeyində baletmeyster Cozef Peter Hansen əvəz etmişdir. Hansen 1870-ci illərin sonundan 1880-ci ilin əvvəllərinə kimi "Qu gölü"nü diriltmək üçün xeyli çalışmış və 13 yanvar 1880-ci ildə balet Hansenin yeni təqdimatı ilə tamaşaçılara təqdim edilmişdir. Odetta/Odile rolunu Moskva İmperial Balet Məktəbinin gənc tələbəsi Yevdokiya Kalmıkova, Şahzadə Ziqfred rolunu isə Alfred Bekefi oynamışdır. Bu təqdimat premyera ilə müqayisədə xeyli yaxşı qarşılansa da, böyük uğur qazandığını söyləmək olmaz. Hansen "Qu gölü"nün yeni versiyasını 28 oktyabr 1882-ci ildə təqdim etdi ki, bu versiyada da Odetta/Odile rollarını Kalmıkova canlandırırdı. Yeni təqdimatda bal otağı səhnəsi üçün Hansen yeni "Grand Pas" hazırlamış və onu "La Cosmopolitana" adlandırmışdır. Həmin hissə Marius Petipanın 1875-ci ildə hazırladığı musiqisi Lüdviq Minkusa aid olan "Quldurlar" baletindən "Grand Pas d'action" adlanan daha çox "The Allegory of the Continents" (Kontinentlərin Alleqoriyası) kimi tanınmış parçadan götürülmüşdür. Hansenin bu versiyasında balet cəmi dörd dəfə səhnəyə çıxarılmış və 2 yanvar 1883-cü ildən etibarən repertuardan çıxarılmışdır.
Bununla belə "Qu gölü" premyerasından sonra qırx bir dəfə oynanılmış və 1883-cü ildə son tamaşası premteradan sonra ən çox pis rəy alan tamaşa olmuşdur. Hansen 1 dekabr 1884-cü ildə Moskvanı tərk edərək, Londona, Əlhambra teatrına baletmeyster kimi getmiş və orada "Qu gölü" nün ikinci səhnəsi əsasında "Qu quşları" adlı bir pərdəli balet səhnəyə qoymuşdur. Musiqi Əlhambra teatrının orkestr rəhbəri Corcs Ceykobi tərəfindən bəstələnmişdir.
Daha sonra "Qu gölü"ndən ikinci səhnə 21 fevral 1888-ci ildə Praqada, Milli teatrın baletmeysteri Auqust Berger tərəfindən səhnələşdirilmişdir. Balet burada Çaykovski tərəfindən idarə edilən iki konsert zamanı oynanılmışdır. Bəstəkar öz gündəliyində qeyd edir ki, balet orada oynanan zaman "tam xoşbəxtlik" hiss etmişdir. Bergerin təqdimatında 1877-ci ilin librettosu istifadə edilmiş, yalnız Şahzadə Ziqfred və Benno obrazlarının adları Yaroslav və Zdenek olaraq dəyişdirilmiş, Benno obrazını isə qadın ifaçı oynamışdır. Şahzadə Ziqfred rolunu Berger özü, Odetta rolunu isə balerina Culyetta Paltriniera-Berqova oynamışdır. Bergerin təqdimatında balet cəmi səkkiz dəfə oynanılmış, daha sonra 1893-cü ildə Moskvada, Fantaziya Bağında səhnələşdirilməsi nəzərdə tutulsa da, bu plan həyata keçirilməmiş qalmışdır.
1880-ci illərin sonları, 1890-cı illərin əvvəllərində Petipa və Vsevolojinski "Qu gölü"nü yenidən səhnəyə qaytarmaq qərarına gəlmiş və bu haqqda Çaykovski ilə müzakirə parmışlar. Lakin Çaykovski 6 noyabr, 1893-cü ildə dünyasını dəyişdiyindən, onun baleti yenidən səhnəyə qaytarmaq arzusu baş tutmamışdır.
Baleti yenidən səhnəyə qaytarmağı planlaşdırarkən Çaykovskinin musiqidə hansısa hansısa dəyişiklik etməyi planlaşdırıb – planlaşdırmadığı məlum deyil. Çaykovskinin ölümündən sonra, Driqo baletin librettosunu özü yeniləmək qərarına gəlir, lakin əvvəlcə Modest Çaykovkinin razılığını almalı olur. Çaykovski və Driqonun librettosu arasında böyük fərqlər var idi. (Baletin bugünkü librettosu Driqonun Çaykovskinin librettosuna etdiyi dəyişiklərdən sonra, 1895-ci ildə Petipa və İvanovun Driqonun librettosuna etdiyi əlavələr də daxil olmaqla qəbul edilməkdədir.)
Vsevolojinski 1894-cü ilin fevralında Çaykovskinin xatirəsinə iki konsert verməyi planlaşdırırdı. Hazırlanmış layihədə baletin ikinci pərdəsindən istifadə edilmişdi. Bu dəfə baletə İmperial teatrın ikinci baletmeysteri Lev İvanov xareoqrafik quruluş vermişdi. İvanovun xareoqrafiyası mükəmməl kimi dəyərləndirilmişdi.
Odile rolunu italyan virtuoz balerina Piyerina Leqnani ifa etmiş və onun böyük istedadı nəticəsində "Qu gölü"nün 1894–1895-ci il teatr mövsümündə səhnə həyatı çox uğurlu alınmışdı. Balerinanın İmperial baletdə debütü 1893-cü ilin dekabrında "Zoluşka" baletində (Baron Boris Fitinov–Şellin musiqisinə Marius Petipa, Lev İvanov və Enriko Ceçetti xareoqrafik quruluş vermişdi) olmuşdur. Balerinanın fenomenal texnikası, "grand pas" hissəsinin ifası zamanı sərgilədiyi performans onun istedadını isbat edirdi. Heyran qalmış kütlə balerinanın səhnəyə yenidən qayıtmasını tələb etmişdi.
Lakin, 1 noyabr, 1894-cü ildə Çar III Aleksandrın ölümü ilə, matəm məramsimlərinin başlaması bütün teatr və balet tamaşalarının təxirə salınmasına səbəb olmuş hətta bəzi məşqlər də təxirə salınmışdır ki, nəticədə də bütün fikirlər "Qu gölü"nün yenidən işlənməsində cəmləşdirilmişdir. İvanov və Petipa baletin üzərində birgə işləmək qərarı almış, İvanov II və IV, Petipa isə I və III pərdələrə xareoqrafik quruluş vermişdir.
Bundan sonra Çaykovskinin gənc qardaşı Modestə baletin librettosunda dəyişikliklər edilməsi lazım olduğu bildirilmişdi. Dəyişikliklərin böyük hissəsi baletin finalında nəzərdə tutulmuşdu ki, burda da 1877-ci il ssenarisində olduğu kimi sevgililərin xain Von Rodbart tərəfindən boğulması yerinə, sevgilisi Ziqfredin ölümündən sonra Odetta özünü suda boğaraq intihar edir və tezliklə onların ruhu qovuşur. Bu dəyişiklikdən başqa baletin strukturunda da dəyişiklik edilmiş, II pərdə I pərdə ilə birləşdirilərək I pərdənin II səhnəsi kimi təyin edilmiş və beləliklə balet üç pərdəli olmuşdur.
1895-ci ilin əvvəllərində artıq balet tam hazır idi və 27 yanvarda uzun hazırlıqlardan sonra nəhayət ki, premyera keçirildi. Odetta/Odile rolunu Piyerina Leqnani, Şahzadə Ziqfred rolunu Pavel Gerdt, Von Rodbart rolunu Aleksey Bulqakov və Benno rolunu Aleksandr Oblakov oynamışdır.
Petipa/İvano/Driqonun təqdimatında baletin premyerası olduqca uğurlu olmuş və müasir dövrdə onların xareoqrafik quruluşundan istifadə edilməkdədir. Tamaşadan sonra balet haqqında Sankt-Peterburq qəzetlərində nəşr edilmiş bir çox rəylər müsbət idi.
"Yatmış gözəl"dən fərqli olaraq "Qu gölü"nün premyerası Mariinski teatrının repertuarında hakim mövqeyə sahib ola bilməmişdi. O, premyerasından sonra on altı dəfə 1895 – 96, qismən də 1897-ci ildə oynanılmışdır. 1898 – 99-cu illər teatr mövsümündə isə balet yalnız dörd dəfə oynanılmışdır. 1901-ci ildə Leqnani Sankt-Peterburqu tərk edib İtaliyaya gedənə kimi balet sırf ona məxsus olmuşdur. Onu ayrılmasından sonra yerini, daha çox italyan həmkarını əvəz etdiyi rola görə tanınmış Matilda Kşessinskaya tutmuşdur.
1895-ci ildə Petipa-İvanov-Driqonun "Qu gölü"nü yenidən səhnələşdirməsindən sonra əsərə dəfələrlə təkrarən müraciət edilmişdir. Baleti yenidən səhnəyə qoyan bütün baletmeyster və ya xareoqraflar onun ssenarisində dəyişikliklər etməyə çalışmış, lakin ənənəvi rəqslərin xareoqrafik quruluşu toxunulmaz saxlanmışdır. Eyni şəkildə, Ziqfred rolunun balet texnikası üçün vacib olan rəqsləri saxlanmış, əlavə hissələr isə ixtisar edilmişdir.
1895-ci il təqdimatından sonra baletin bir neçə yaddaqalan səhnələşdirilməsi olmuşdur:
2010-cu ildə çəkilmiş və baş rollarını Natali Portman və Mila Kunisin paylaşdığı "Qara qu quşu" filmində "Qu gölü" baleti əsas mövzunun bir hissəsi olmuşdur.
"Qu gölü" baleti XIX əsrdə bəstələnərkən geniş orkestrın ifası üçün nəzərdə tutulmuşdur:
1895-ci il səhnələşdirilməsi zamanı Benno von Sommerstern obrazı "Benno", Odetta isə "Qu quşlarının karolevası" adlandırılmışdır. Eyni zamanda Baron von Steyn, onun arvadı, Freyer von Şvarzfels və onun arvadı proqramda o qədər də uzun iştirak etmirdilər. Hökmdar Xanım isə "Hökmdar Ana" adlandırılmışdır. Von Rodbart (Redbeard – Qırmızı saqqal) isə Rotfart adlandırılmışdır.
Şahzadə Odetta əsas balerina roludur. Von Rodbartın qızı Odileni də eyni balerina canlandırır; Odile Odettaya qəzəbli olan Şahzadə Ziqfredi yoldan çıxarır. O, baletin əksər təqdimatlarında iştirak etmişdir.
Odetta sehrkar iblis Von Rodbart tərəfindən tilsimlənmiş şahzadədir; qu quşuna çevirilmiş Odetta öz insan simasına yalnız gecələr qovuşa bilir. Onun eyni tilsimin əziyyətini çəkən çoxlu rəfiqələri var və onalar da Odettanı özlərinə şahzadə seçmişlər. Onlar birlikdə, Odetta oğurlanarkən anasının göz yaşlarından yaranmış sehrli göldə yaşamağ məcbur edilib;
Rodbartın Odettanı oğrlaması və tilsimləməsinin səbəbi baletdə göstərilmir. Tilsim yalnız Odettanı həqiqətən sevən və əbədi sevgiyə sadiq qalan gənc oğlan tərəfindən qırıla bilər, lakin əgər həmin oğlan sədaqətini qoruya bilməsə tilsim bərpa olunacaq və Odetta həmişəlik qu quşuna çeviriləcək.
Bir gün, Şahzadə Ziqfred göl yaxınlığında ov edərkən təsadüfən Odettanın qu quşundan insana çevrilməsinin şahidi olur. O ilk baxışdan Odettanın gözəlliyinin təsiri altına düşür və ona aşiq olur. Odetta tilsim haqqında şahzadəyə danışarkən, şahzadə onu əbədiyyən sevəcəyinə and içir və öz sarayındakı bala dəvət edir. Onlar bütün gecəni sarayda rəqs edərək, əylənərək keçirirlər və gün doğmağa başlayanda Odetta qu quşuna çevriləcəyi üçün gölə dönməli və şahzadəni tək qoymalı olur.
Ziqfred Odettanı balda gözləyir və inanır ki, iki qəribin ona çatmasından sonra geri dönəcək. Lakin əslində Rodbart və onun qızı Odile sevgililər üçün tələ qurmuşdular. Rodbart öz qızından Ziqfredin Odettaya verdiyi sözü tuta bilməməsi üçün istifadə etmək qərarına gəlir və qızına Odettaya bənzər görünüş verir. Ziqfred onunla rəqs edir və qəfildən pəncərənin qarşısında qu quşu görünüşündə Odettanı görərkən rəqs etdiyi qızın başqası olduğunu anlayır. Rodbartın planı Ziqfredin Odileni Odetta hesab edərək ona məhəbbətini elan edərkən baş tutur və Rodbart bu səhnəni Odettanın həmişəəlik onun gücünün təsiri altında qalacağı düşüncəsinin verdiyi sevinc ilə izləyir.
Odetta kədərli şəkildə gölə qaçır. Onun ardınca gələn Ziqfred bağışlanmasını xahiş edir. Odetta bunu etsə belə heç vaxt Rodbartın tilsimindən qurtula bilməyəcəyini söyləyir. Tilsimdən qurtulmağın yeganə yolu ölüm idi və Odetta Ziqfredsiz yaşamaqdansa ölməyi üstün tutur. Rodbart gəldikdə Odetta özünü gölə atır və Ziqfred də onun ardınca gedir. Sevgililərin özlərini sevgi yolunda qurban etmələrindən sonra Rodbartın tilsimi qırılır və Odettanın rəfiqələri tilsimdən azad olur. Gün doğduğunda Odetta və Ziqfred cənnətdə peyda olurlar, sevgi onları cənnətdə birləşdirir.
Şahzadə Ziqfred əsas balerin roludur. Odetta və Von rodbart kimi Ziqfred də baletin bütün səhnələşdirmələrində yer almış, lakin bəzən adı və ya xarekteri dəyişdirilmişdir.
Gənc şahzadə olan Ziqfred zadəgan həyatı sürməkdədir. Ən sevdiyi hobbisi isə ov etməkdir və şahzadə dostu Benno ilə birgə tez-tez ova çıxır. Ziqfred 21-ci doğum gününü dostları və müəllimi ilə birgə qeyd edib əylənərkən, anası – Hökmdar xanımın gəlməsi ilə əyləncə dayandırılır. Şahzadə anasını qonaqlara təqdim etdikdən sonra, anası artıq oğlunun ailə həyatı qurmasının vaxtının çatdığını bildirir. Lakin Ziqfred sevdiyi biri olmadığı üçün evlənmək haqqında düşünmür və günlərini əyləncələrdə keçirir. Anasının getməsindən sonra Ziqfred də məclisi tərk edərək bala gedir. Lakin qəfildən şahzadənin yaşadığı qalanın yaxınlığında qu quşları uçur və Benno şahzadəyə birgə ova çıxaraq əylənməyi təklif edir. Təklifi qəbul edən Ziqfred Benno və dostları ilə birgə meşəyə ova gedir.
Meşənin dərinliyində Ziqfred və dostları bir gölə rast gəlir, Ziqfred iaə bir qədər dostlarından uzaqlaşır. Lakin təsadüfən o göldə üzərək, sahilə yaxınlaşan, başı taclı, gözəl, bəmbəyaz bir qu quşu görür. Sahilə çıxan quş şahzadənin gözləri önündə gözəl bir qıza çevirilir. Bu qu quşlarının karolevası Odetta idi. Odettanın qeyri – adi, məftun edici gözəlliyi qarşısında müqavimət göstərə bilməyən Ziqfred ona aşiq olur. Odetta ilk olaraq Ziqfreddən çəkinsə də, sonra o da könlünü şahzadəyə verərək, başına gələn əhvalatı, qəddar cadugər Von Rodbartın tilsimi – gündüzlər qu quşuna çevirilməsi və yalnız hava qaranlıqlaşdıqda öz insan simasına qovuşa bilməsi haqqında şahzadəyə danışır. Onun rəfiqələri də eyni tilsimin təsiri altındadır və yalnız Odettanın qarşılıqlı əbədi sevgisi onları bu tilsimdən xilas edə bilər. Rodbart peyda olduqda Ziqfred onu öldürməyə çalışsa da, Odetta araya girərək bunun bir faydası olmayacağını, yalnız, tilsimi əbədi edəcəyini bildirir. Ziqfred Benno və digər yoldaşlarını qu quşuna çevirilmiş xanımlara atəş açmaqdan yayındıraraq qalaya göndərir, özü isə Odetta ilə birgə göldə qalır. Ziqfred Odettanı əbədiyyən sevəcəyinə söz verir. Daha sonra isə onu sarayında təşkil olunmuş bala dəvət edir. Onlar bütün gecəni sarayda rəqs edərək, əylənərək keçirirlər və gün doğmağa başlayanda Odetta qu quşuna çevriləcəyi üçün gölə dönməli və şahzadəni tək qoymalı olur. Ziqfred Odettanı balda gözləyir və inanır ki, iki qəribin ona çatmasından sonra geri dönəcək. Lakin əslində Rodbart və onun qızı Odile sevgililər üçün tələ qurmuşdular. Rodbart öz qızından Ziqfredin Odettaya verdiyi sözü tuta bilməməsi üçün istifadə etmək qərarına gəlir və qızına Odettaya bənzər görünüş verir. Ziqfred onunla rəqs edir və qəfildən pəncərənin qarşısında qu quşu görünüşündə Odettanı görərkən rəqs etdiyi qızın başqası olduğunu anlayır. Rodbartın planı Ziqfredin Odileni Odetta hesab edərək ona məhəbbətini elan edərkən baş tutur və Rodbart bu səhnəni Odettanın həmişəəlik onun gücünün təsiri altında qalacağı düşüncəsinin verdiyi sevinc ilə izləyir.
Odetta kədərli şəkildə gölə qaçır. Onun ardınca gələn Ziqfred bağışlanmasını xahiş edir. Odetta bunu etsə belə heç vaxt Rodbartın tilsimindən qurtula bilməyəcəyini söyləyir. Tilsimdən qurtulmağın yeganə yolu ölüm idi və Odetta Ziqfredsiz yaşamaqdansa ölməyi üstün tutur. Rodbart gəldikdə Odetta özünü gölə atır və Ziqfred də onun ardınca gedir. Sevgililərin özlərini sevgi yolunda qurban etmələrindən sonra Rodbartın tilsimi qırılır və Odettanın rəfiqələri tilsimdən azad olur. Gün doğduğunda Odetta və Ziqfred cənnətdə peyda olurlar, sevgi onları cənnətdə birləşdirir.
Von Rodbart əsas mənfi obrazdır. O, nadir hallarda insan simasında, əsasən isə qəddar quş şəklində təsvir edilir. Onun insan siması yalnız qızı Odile Şahzadə Ziqfredlə rəqs edərkən görünür. Güclü cadugər olan Rodbart Odettanı gündüz qu quşuna, gecə isə insana çevirən tilsimlə sehrləyib. Baletdə Rodbartın bu hərəkətinin səbəbi göstərilməməkdədir.
Baletin hər versiyasında hekayədə müəyyən fərqlər vardır, Rodbart görəndə ki, Ziqfred Odettaya aşiq olub, hiylə ilə onları ayırmağa və şahzadənin qızı Odile ilə evlənməsinə çalışır. Cadugərin planı baş tutsa da, o öz istəyinə axıra kimi nail olma bilmir. Baletin orijinal versiyasında sevgililərin öz məhbbətləri uğrunda ölmələri, cadugərin tilsimini qırır və digər qızlar tilsimdən azad olur. Amerika Balet Teatrı tərəfindən "Qu gölü"nün ikinci səhnələşdirilməsində (bu səhnələşdirmə 2005-ci ildə DVD versiyada satışa çıxarılmışdır) VonRodbart rolu iki balerin tərəfindən oynanılmışdır.
Onlardan biri Von Rodbartı gənc, yaraşıqlı oğlan şəklində təmsil edir və həmin oğlan siması ilə qəddar cadugər Odettanı yoldan çıxararaq qu quşuna çevirir (bu hissə baletin girişində, xüsusilə proloq zamanı səhnələşdirilir, xüsusilə xareoqraf Kevin Makkenzinin səhnələşdirməsində bu hissəyə diqqət yetirilmişdir). O eyni zamanda gənc şahzadəni yoldan çıxararaq qızı Odile ilə rəqs etməsinə və beləliklə də Odettanın tilsiminin qüvvədə qalmasına nail olur. Başqa versiyalarda isə Von Rodbart qəddar, şeytani görünüşdə təsvir edilir və Odettanı qu quşuna çevirir. Bu versiyada sevgilələr ölümləri ilə qovuşur və onların ölümü digər qızları tilsimdən azad edir. Bu isə Von Rodbartın ölümünə səbəb olur.
Qu gölü əsasən dörd pərdəli, dörd başlıqlı (xüsusilə Rusiya və Şərqi Avropa ölkələrində) və ya üç pərdəli, dörd başlıqlı balet kimi təqdim edilir.
Qalanın qarşısında valehedici meşə.
"Qu gölü" kral məhkəməsinin təsviri ilə başlayır. Şahzadə Ziqfred, krallığın varisi, ad günü balında evlənəcəyi qızın adını açıqlamalıdır. Lakin o aşiq olmadan evlənmək istəmir. Qonaqlığı tərk edərək meşəyə qaçır. Qəfildən o qu quşlarının uçuşunu görür və onların ardınca meşənin dərinliklərinə gedir.
Meşəliklərlə əhatə olunmuş dağlıq ərazidə vəhşi təbiət. Bir qədər aralıda göl və uzaqda qala görünür. Aylı gecə.
Ziqfred silahını hazırlayaraq gölün sahilində duran qu quşlarına atəş açmaq üçün məqam gözləyir. Lakin gördüyü mənzərə qarşısında əlini saxlamalı olur. Qarşısında peyda olan qu quşu öz görkəmini dəyişərək gözəl qıza çevirilir. İki rəqsdən sonra şahzadə insana çevirilmiş qu quşunun şahzadə Odetta olduğunu öyrənir. Qəddar cadugər Von Rodbart onu oğurlayaraq tilsimləmişdir. Hər gün odetta qu quşuna, gecələr isə insana çevirilir.
Şahzadə Odettaya cadugər tərəfindən eyni tilsimlə qu quşuna çevirilmiş digər qızlar qulluq edirlər. Qızlar Odettanın anasının göz yaşlarından yaranmış göldə yaşayırlar. Ziqfred əhvalatı öyrəndikdə ürəyində mərhəmət oyanır və qıza aşiq olur. Ziqfred Odettanı əbədiyyən sevəcəyinə and içir vəbu zaman cadugər Von Rodbart peyda olur. Ziqfred Von Rodbartı öldürməyə çalışır, lakin Odetta ona mane olur.
Şahzadənin sarayında zəngin bir otaq.
Şahzadə sarayına qayıdaraq davam edən bala qoşulur. Von Rodbart isə yaranmış vəziyyəti qızı Odile ilə müzakirə edir. Cadugər qızını fiziki cəhətdən Odettaya oxşadır, onların arasında yalnız bir fərq qalır – Odetta ağ geyindiyi halda, Odile qara geyinir. Şahzadə Odileni Odetta ilə dəyişik salır və ona evlənmə təklif edir. Yalnız bir neçə dəqiqə sonra Ziqfred əsl Odettanı görür və səhvini anlayır. (Baletin müxtəlif səhnələşdirmələrində Ziqfredin Odettanı görməsi müxtəlif cür təsvir edilir. Bəzən o, Odettanı sarayın pəncərəsindən gördüyü halda, bəzən Von Rodbartın xüsusi tilsimi nəticəsində Odetta Ziqfredin gözünə görünür.)
İkinci pərdədəki yer, meşədə gölün sahili.
Ziqfred gölün sahilinə gələrək Odettanı tapır. Şahzadə Odettadan üzr istəyir və qız onu bağışlayır. Bu zaman Von Rodbart peyda olur və sevgililəri ayırmağa çalışır. Baletin 1877-ci il orijinal təqdimatında Ziqfred Von Rodbartla mübarizə aparır və onun qanadlarının birindən axan göz yaşları cadugərin gücünü sındırır. Ziqfred qızların tilsimini sındırır və Odetta ilə evlənir.
Baletin 1895-ci il Mariinski teatrında səhnələşdirməsində Çaykovskinin qardaşı sonluğu faciəvi sonluqla əvəz etmişdi. Belə ki, həmin sonluqda sevgililər anlayırlar ki, cadugərin tilsimini sındıra bilməyəcəklər. Bu zaman onlar ikisi də özlərini gölə ataraq boğurlar. Sevgililərin ölümü Von Rodbartın tilsimini sındırır və digər qızlar azad olurlar, cadugər isə ölür.
Baletin romantik və tragik olmaqla müxtəlif alternativ sonluqları vardır. Onlardan mühümləri aşağıdakılardır:
Aşağıda təqdim edilən struktur Çaykovskinin[11] tərtib etdiyi baletin orijinal strukturudur və bu gün daha çox istifadə edilən Driqonun tərtib etdiyi strukturdan bir qədər fərqlidir. Hər nömrə üçün başlıqlar baletin strukturunun orijinal nəşrindən götürülmüşdür. Nömrələrin bəzisi sadə musiqi indikatları ilə adlandırılmış və fransızca olan orijinal başlıqlar tərcümə edilməmişdir.
Moderato assai, Allegro non troppo
Mme üçün Pas de deux – Anna Sobeşanskaya Leon Minkusun musiqisinə əsasən əlavə edib.
1931-ci ildə çəkilmiş və baş rolda Bela Luqosinin oynadığı "Drakula" filmində "Qu gölü"nün II pərdəsinin motivlərindən istifadə edilmişdir. Eyni hissə daha sonra "Mumiya" filmində və səssiz film olan "Operanın kabusu" filmində istifadə edilmişdir.
Brain Donors filmində (1992) üç əsas obraz baletin saxta səhnələşdirməsini sabotaj etməyə çalışır və nail olur.
2010-cu ildə Darren Aronofskinin rejissorluğu ilə çəkilmiş "Qara qu quşu" filmində baletdən iki obraz – bəzən Ağ qu quşu da adlandırılan Şahzadə Odetta və onun mənfi qarşılığı olan Qara qu quşu obrazları istifadə edilmiş və balet filmin əsas mövzusunun bir hissəsi olmuşdur.
Böyük Çin Dövlət Sirki baletin akrobatik versiyasını hazırlamış və dünya turnesində olmuşdu. Əsas mövzu və musiqi Çaykovskinin əsərindən alınsa da, mövzu akrobetik elementlərlə xeyli zənginləşdirilmişdi.[12]
"LucasArts"ın 1990-cı ildə istehsal etdiyi "Loom" adlı kompüter oyununda "Qu gölü"nün əsas hissəsindən və musiqisindən istifadə edilmişdir.
(1957)
(1967)
(1996)