Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Çeçenistan Respublikasının dövlət himni(çeç. Нохчийн Республикан шатлакхан илли / Noxçiyn Respublikan şatlaqxan illi) — Çeçenistan Respublikasının rəsmi dövlət himni.[1]
Çeçenistan Respublikasının rəsmi dövlət himninin mətninin müəllifi Çeçenistan Respublikasının ilk prezidenti olan Əhməd Kadırovdur (1951-2004). Himnin musiqisi məşhur çeçen bəstəkar və pedaqoq Umar Beksultanova (1937-2014) aiddir. Bu himn 28 iyul 2010-cu il tarixində Çeçenistanın dövlət himni kimi rəsmən təsdiqlənmişdir. Bu vaxta qədər Rusiya tərkibində olan digər republikalardan fərqli olaraq Çeçenistan Respbulikasının rəsmi dövlət himni yox idi. Özünü müstəqil elan edən və tanımayan İçkeriya Çeçen Respublikasının isə "Azadlıq və ya ölüm!" adlanan öz himni var idi.[2]
Çeçenistan Respublikasının rəsmi dövlət himni dövlət başçısının andiçmə mərasimi, Çeçenistan Respublikası parlamentinin açılış və qapanış iclasları vaxtı, rəsmi mərasimlərdə bayraq qaldırılarkən, həmçinin xarici dövlət nümayəndələri, hökümətlərarası təşkilatlar ilə görüş zamanı, Çeçenistan Respublikasına edilən rəsmi səfərlər vaxtı səslənir.
Bundan başqa Çeçenistan Respublikasının dövlət himni aşağıdakı hallarda da səsləndirilə bilər:
Abidələrin və xatirə löhvələrinin açılışı zamanı;
Çeçenistan Respublikasının dövlət bayramlarına həsr edilmiş təntənəli iclas və yığıncaqların açılış və qapanışı vaxtı;
Çeçenistan Respublikasının dövlət orqanları tərəfindən keçirilən bu və ya digər təntənəli və protokol üzrə olan tədbirlərin təşkili vaxtı;
Çeçenistan Respublikası ərazisində təşkil edilən idman yarışları vaxtı;
Terek futbol klubunun sezonun ilk və son ev oyunlarında.
Как бы ты ни горела огнем несправедливости Чечня,
Не падала и вставала, чтобы жить.
𝄆 Молния Кавказа, колыбель свободы,
Берегли честь твоей земли гордые люди. 𝄇
Согласие между твоими народами — бесценное богатство!
Кроме тебя, нет матери, чтобы приласкать народ Чечни.
Нашу жизнь и нашу кончину в очаге Родины,
Просим, восхваляя тебя, благослови.
На вершину Башлама спускаются души предков.
Волна Аргуна говорит на языке матери.
𝄆 Великолепный подарок ты, данный нам жизнью!
Наш гимн дал нам силу! 𝄇
Любовь к труду и отваге, уважение народа,
Пусть будет для тебя приятной вестью.
𝄆 На страже свободы, найдя счастливую дорогу,
Живи для нас, достойная Чечня! 𝄇
Hər nə qədər haqsız, ədalətsizliyin söndürülməsi güc atəşi Çeçenistanda olsa da
Sən yenidən düşür və yüksəlirsən.
𝄆 Qafqazın işığı, azadlığın beşiyi,
Şərəfin sənin şərəfli insanların tərəfindən qorundu. 𝄇
İnsanların arasında sülh baha qiymətləndirilə zənginlik!
Çeçenlər üçün başqa bir ana vətən yox.
Yaşa-larımıza və öl-lərimizə vətənimizin qəlbindədir,
Sənə bizi xeyir-dua vermək üçün yalvarırıq.
Atalarımızın ruhları Kazbek Dağının zirvəsinə enib.
Arqun Çayının dalğaları ana dilimizdə danışır.
𝄆 Həyatlarımız müdhiş bir ehsan ilə xeyir-dua verdi — sən!
Şadlıq marşımız bizə qüvvət verir! 𝄇
Cəsarət və çalışma üçün sev, bütün insanlar üçün hörmət,
Səni məmnun edəcək xəbəri verməyimə icazə ver.
𝄆 Azadlığa gedən yolun yaradıcısı azadlığının qoruyucusu,
Bizim üçün yaşa, ah qiymətli Çeçenistan! 𝄇