Çikaqo sosiologiya məktəbi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Çikaqo məktəbi — ABŞ sosiologiyasında XX əsrin 20-ci illərində formalaşmış istiqamət.[1]

Haqqında

Çikaqo Universitetinin sosiologiya kafedrasının əməkdaşları R. Park, E. Bercess, R. Makkenzi, Q. Zorbo, L. Virt və b.-nın adları ilə bağlıdır. Empirik sosioloji tədqiqatların inkişafında və şəhər sosiologiyasının təşəkkülündə mühüm xidməti olmuşdur. [1]

Müzakirələr

Robert Park və Bercess sosiologiya üzrə ilk dərsliyin müəllifləridir. Park fərdlər arasında qarşılıqlı təsirin iki səviyyəsini ayırmışdır: biotik və mədəni. Parka görə, təbiət populyasiyalarındakı qarşılıqlı təsirə bənzər biotik qarşılıqlı təsirin məhsulu icmadır. İnsan toplumunda yaşamaq uğrunda mübarizə, təbii seçim, mühitə uyğunlaşma əmək bölgüsünü və kooperasiyanı nəzərdə tutan iqtisadi rəqabətin çevrilmiş formasında çıxış edir ki, bunun da nəticəsi əhalinin və resursların məkan üzrə spesifik bölgüsü olur. Cəmiyyəti, yəni mütəşəkkil adətlərin, hisslərin, sosial yönümlənmələrin məcmusunu Park şəxsiyyətlərarası qarşılıqlı təsir, kommunikasiya kimi başa düşülən mədəni qarşılıqlı təsirin məhsulu hesab edirdi. Parka görə, “insan ekologiyası”nın öyrənəcəyi qarşılıqlı təsirin biotik səviyyəsi sosiologiyanın obyekti olan qarşılıqlı təsirin mədəni səviyyəsinin əsasını təşkil edir. Çikaqo məktəbinin diqqət mərkəzində kənaraçıxan davranış, sosial nəzarət, konsensusun saxlanılması problemləri dururdu. Çikaqo sosioloqlarının konsepsiyasında şəhər kortəbii inkişaf edən orqanizm kimi şərh olunurdu; şəhər əhalisinin məruz qaldığı biotik proseslərin təsiri altında o, spesifik sosial-iqtisadi quruluş kəsb edirdi. 30-cu illərin sonlarında L. Virt şəhərin sosioloji tədqiqinin yeni metodunu təklif edərək, şəhər həyat tərzi anlayışını önə çəkmişdir. Çikaqo məktəbinin ideyaları 50–60-cı illərdə A. Houli və “neoekoloji” istiqamətin nümayəndələri O. Dunkan, L. Şnore və b.-nın əsərlərin də inkişaf etdirilmişdir.[1]

İstinadlar

  1. 1 2 3 Çikaqo məktəbi// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 558.

Xarici keçidlər

Həmçinin bax