Çin abeliyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Çin abeliyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çin abeliyası (lat. Abelia chinensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Çindir.

Botaniki təsviri

Hündürlüyü 2 m-ə çatan, çoxsaylı, gözəl, qırmızımtıl, sallaq zoğlara malik, zərif, yarım həmşəyaşıl koldur. Yarpaqları tünd-yaşıl, oval-ucu bizdir. Uzun müddət ağ ətirli, zəngvari, qırmızı xətli çiçəkləri budaqların uclarında çiçək qruplarına yığılmışdır. İyuldan oktyabr ayınadək çiçəkləyir.

Ekologiyası

Düz günəşli, işıqlı yerlərdə yaxşı bitir. Yazın əvvəlindən payızadək bol suvarılır. Qışda temperatur kəskin aşağı endikdə yarpaqları tökülməyə başlayır. Abeliya çox tez böyüyür və əlverişli şəraitdə yaz-yay dövründə dövründə böyük artım verir. Abeliya toxumlarla və qələmlərlə çoxaldılır. Toxumları yanvar ayında səpilir, cücərtiləri tez böyüyür və həmin ildə cavan bitkiləri çiçəkləyə bilər. Yazda ucda olan gövdə qanadları ilə və budanmadan sonra qalan zoğlarla çoxaldılır.

Azərbaycanda yayılması

Azərbaycanda Bakı, Lənkəran və b. şəhər və rayonlarda mədəni şəraitdə becərilir.

İstifadəsi

Cavan bitkilər gözəl kola çevrilir və həmin yayı çiçəkləyir. Tək və qrup əkinlərdə istifadə üçün yararlıdır.

İstinadlar

Həmçinin bax