Çoko (fincan)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Çəhrayı çoko.
Tokkuri və çoko.

Çoko (猪口?) və ya bəzən çokusake fincanı növü. Sadə dizayna və kiçik ölçüyə malikdir.

Tarixi

Keçmişdə çoko sake içmək üçün yox, sirkə və sousları saxlamaq üçün istifadə olunan adi qab növü idi. Edo dövründə sake içmək üçün istifadə olunmağa başlamışdır. Belə ki, bu dövrdə sakedəki spirtin faizi artdığı üçün çoko gibi kiçikölçülü fincandan sake içmək daha uyğun idi.[1]

Xüsusiyyətlər

Adətən çokunun içərisində iki göy halqa təsviri olur. Bu halqalar kikiçoko adlanır və sakeni dadarkən istifadə olunur. Halqaların rəngi standart olduğu üçün sakeni içən şəxs halqalara baxaraq sakenin saflığı və keyfiyyəti haqqında məlumat deyə bilər.[1]

Çokonun həcmi 20–90 millilitr olur. Adətən sake butulkası olan tokkuri ilə birlikdə istifadə olunur. Sake süzülərkən tokkurinin ağzının çokoya dəyməməsinə diqqət yetirilir və sake çokonun 80% həcminə qədər doldurulur. Sakeni başqa şəxs süzürsə, içən şəxs sake süzülərkən çokonu havada tutmalıdır.[1]

Çoko adətən keramikadan hazırlanır, lakin qalay, saxsı, şüşə və ya titandan da hazırlana bilər. Saxsıdan hazırlanan çoko sakenin şirinliyini artırır və ilıq sake üçün uyğundur. Keramikadan hazırlanan çoko quru sakeni içmək üçündür. Qalaydan hazırlanan çoko isə sakedəki dadını yumşaldır.[1]

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 4 Lord, Cassandra. "What Are Ochoko? 6 Things to Know About Japanese Sake Cups". Japan Objects (ingiliscə). 17 fevral 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2023.