Tokkuri

Tokkuri.

Tokkuri (徳利?) və ya bəzən tokurisake süzmək və saxlamaq üçün istifadə olunan butulka. Əsasən keramikadan hazırlanır.

"Tokkuri" sözünün mənşəyi sake süzərkən çıxan səslə (yaponca "tokuri-tokuri") bağlıdır. Digər bir versiyaya görə bu söz koreya mənşəli olub "tokku uru" ("bərk keramika") ifadəsindən yaranmışdır.[1]

Plastik butulkaların ixtirasına qədərki dövrdə yaponlar sake, soya sousu və yağ kimi maye məhsulları saxlamaq üçün tokkuridən geniş istifadə edirdilər. Sake satıcıları sakeni tokkurilərlə satırdılar və üzərinə dükkanın və ya brendin adını yazırdılar. Müştərilər sakeni içib bitirdikdən sonra boş tokkurini qaytarırdılar və pul alırdılar. Bu praktika kayoy tokkuri adlanırdı.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Tokkuri əsasən keramikadan hazırlansa da, metal və ya şüşədən də hazırlana bilər. Həcmi 0,18–1,8 litr arasında dəyişir. Hazırda 1–2 qo həcmində olan tokkurilər populyardır.[1]

Tokkuridən sake süzərkən "qlaq-qlaq" səsinin çıxması müsbət qarşılanır. Buna görə də tokkurinin ağzının geniş olmamasına diqqət yetirilir və çeçələ barmaq ölçüsündə olan ağzı olur.[1]

  1. 1 2 3 4 "Tokkuri (sake bottle)". Japanese Wiki Corpus (ingiliscə). 18 fevral 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]