Çoxçiçəkli zirinc

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Çoxçiçəkli zirinc
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Berberis polyantha

Çoxçiçəkli zirinc (lat. Berberis polyantha) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Təbii yayılması

Qərbi Çində Sıçuan əyalətinin qərbində yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 4 m-dək olan, düzdayanan gövdəli, çılpaq və ya xırda tükcüklü budaqlıdır. Zoğları bozumtul-qonur və ya tutqun qonurdur. Yarpaqları yumurtavari, uzunluğu 1,5-3 sm, ucu yumru, xırda dişli və ya kənarları bütöv, üstü tutqun yaşıl, alt tərəfi parlaq, bozumtuldur. İynələri tək və ya 3 hissəli, uzunluğu 1-2 sm-dir. Çiçəkləri parlaq sarı, xırda, diametri 0,5 mm, uzunluğu 8 mm, eni 3-4 mm-dir. Meyvəsi sentyabrda yetişir.

Ekologiyası

Qışa davamlılığı aşağıdır. Dağ yamaclarında və dərələrdə bitir.

Azərbaycanda yayılması

Mədəni şəraitdə bəzi rayonlarda park və bağlarda becərilir.

İstifadəsi

Yaşıllaşdırmada istifadə edilmir.

İstinadlar

Həmçinin bax