Qırxbuğum cuzqunu

Vikipediya, azad ensiklopediya
(Çoxbuğumlu cuzqun səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qırxbuğum cuzqunu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qırxbuğum cuzqunu (lat. Calligonum polygonoides) — cuzqun cinsinə aid bitki növü. Kiçik Asiya və İrandan təsvir edilmişdir. Balkan yarımadası, Kiçik Asiya və İranda təbii halda bitir. Azərbaycanda Naxçıvan MR-da Vəlidağ ətrafında yayımışdır. Azərbaycanın "Qırmızı kitabı"ına daxil edilmişdir.

Botaniki təsviri

Hündürlüyü 0,4-dən 7 m-dək, çox budaqlı, zərif çətirli koldur. Gövdələri və qoca budaqları əyilmişdir. Cavan zoğları uzun, əyilmiş, yaşıl və ya bozumtul-yaşıl, buğumlu, təxminən yarpaqsızdır. Qumluqlarda yaxşı bitir, üstünədək qumla örtülməyə dözür. Gövdədən dağınıq halda ayrılmış, şaxəli, qol-budaqlı, ağımtıl qabıqlı, hündürlüyü 1,5 m-ə qədər olan çox şaxəli koldur. Gövdəsinin qabığı ağımtıldır. Birillik budaqları şaxlıdır. Yarpaqları ensiz, bizvaridır. Çiçəkləri ikicinsli, diametri 50–60 mm-dir. Çiçəkyanlığı bəsit, boyalı, 5–6 üzvlü, kənarları dilimli, çox zaman xaricə qatlanmış, bəzən də uzanmış haldadır. Erkəkciklər 12–18-dir, erkəkcik saplarının qaidəsi topa şəklində, qısa tüklüdür. Yumurtalığı üst, 3–4 tilli, üst hissədən 4 qısa sütuncuqlu və başcıqvari, dişicik ağızlıdır. Meyvələri tərs, yumurtavari, uzunluğu 12–16 mm, eni 10–13 mm, qılçıqlıdır. Qanadları zəif, eni 1–2 mm; qanad qılçıqları 8 cərgədə yerləşmiş, sıx, yastı formalıdır və 2–3 haçalı budaqlarla nəhayətlənmişdir. Aprel-may aylarında çiçəkləyir, meyvəsi iyun-iyul aylarında yetişir.

İstiyə, quraqlığa davamlıdır. Torpağa tələbkar deyildir.

İstifadəsi

Eroziya, şoranlığın qarşısının alınmasında əhəmiyyətli bitkidir.

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 530.

Mənbə

  • Tofiq Məmmədov. Azərbaycan Dendroflorası. III. Baku: "Elm". 2016. 400 səh. 2019-11-17 tarixində arxivləşdirilib.
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın Nadir Ağac və kol bitkiləri. Bakı: "Elm". 2014. 380.
  • Флopa Aзeрбaйджaнa. т.5. 1954; Флopa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I–III cildlər. 2005; 2006; 2008;