Ömər Lütfi Argeşo

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ömər Lütfi Argeşo
Şəxsi məlumatlar
Doğum tarixi 1879
Doğum yeri
Vəfat tarixi 16 dekabr 1942(1942-12-16)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Xidmət illəri 1901-ci ildən
Rütbəsi Kaymakam
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ömər Lütfi Argeşo (türk. Ömer Lütfi Argeşo; 1879, Konstantinopol16 dekabr 1942, İstanbul) — Türk əsgəri və siyasətçisi.

Hərbi fəaliyyəti

Hərbi Akademiyanı bitirdikdən sonra Hamburqda Hərbi Məktəbə getdi. 2 fevral 1901-ci ildə oranı leytenant rütbəsi ilə bitirdi. Hərbi Akademiyadan 4 yanvar 1904-cü ildə kapitan rütbəsi ilə məzun oldu. 1909–10911-ci illərdə Almaniyada hərbi təlimlərdə iştirak etdi. Alman dilini öyrəndi.[1]

Hərbi fəaliyyətinə 2 fevral 1901-ci ildə başladı və 18 may 1914-cü ildə bitirdi. Lakin Birinci Dünya müharibəsinin başladığı ərəfədə o, 16 oktyabr 1914-cü ildə yenidən hərbi fəaliyyətinə davam edərək 65-ci alayın tabur komandiri vəzifəsinə təyin edildi.

1916-cı il mayın 14-də 23-cü Hərbi Komandanlığa təyin edildi. 22 oktyabr 1918-ci ildə döyüş şəraitində əsir götürüldü. 1919-cu ildə Yunanıstanın işğalının əvvəllərində Salehlidə, daha sonra isə Afyonqarahisarda yerləşən 23-cü şöbənin komandiri oldu.

17 mart 1920-ci ildə İstanbula geri döndü və daha sonra isə 27 may 1920-ci ildə Kuva-yi Milliyeyə qatıldı.

Siyasi fəaliyyəti

Türkiyə Böyük Millət Məclisinin I dövründə Afyonqarahisarın millət vəkili oldu. II İcraiyyə Komitəsinin nümayəndəliyində vəzifə sahibi olmuşdur. 10 avqust 1923-cü ildə ordudan təqaüdə çıxdı.

Cümhuriyyətin elan edilməsindən sonra siyasi fəaliyyətini sona yetirərək təqaüdə çıxdı. 16 noyabr 1942-ci ildə vəfat etdi.

Medal və təltifləri

Həmçinin bax

İstinadlar

  1. "Ömer Lütfü Argeşo, Yarbay (1316 - P.25) (1879 - 1942)". Genelkurmay Başkanlığı. 2016-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.

Mənbə

  • T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 136.