Ömər aşırımı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Ömər aşırımı
40°18′01″ şm. e. 46°16′41″ ş. u.
Hündürlüyü3.261 m
Ölkə  Azərbaycan
Ömər aşırımı (Azərbaycan)
Ömər aşırımında yol işarəsi

Ömər aşırımıKiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycannın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçidi. Aşırımın hündürlüyü 3261 m təşkil edir. Aşırım Qarabağ müharibəsinın ən qanlı döyüşlərindən biri olan Ömər aşırımı uğrunda döyüşə şahidlik etmişdir.[1]

Geomorfologiyası

Ömər aşırımı Koroğlu (3462 m) və Gamış (3724 m) zirvələri arasındadır. Mütləq yüksəkliyi 3395 metr olan yəhərvari aşırımdan ibarətdir.[2] İstifadə müddəti may ayından sentyabrın ortalarına qədərdir. Ən yaxın yaşayış məskəni — şimal istiqamətində KürdəlilərPirverdilər kəndləridir. Bu istiqamətdə aşırımın 3 km-yində ilk su mənbəyi,2600 m-də Kürəkçayın mənbəyini, sonradan onun qollarından birini təşkil edən bulaqlar mövcuddur. Aşırımdan cənub istiqamətində isə su mənbəyi nisbətən yaxındadır (Maydançayın mənbəyini təşkil edən bulaqlar). Bu istiqamətdə ən yaxın yaşayış yeri Yanşaq kəndidir.[3]

Relyefi

Relyefin meyilliyi Ömar aşırımından etibarən hər iki istiqamətə sərt enişlidir. Ancaq yüksək keçicilik qabiliyyəti olan nəqliyyatdan istifadə olunur.[4]

Xarici keçidlər

  • "Ömər aşırmı". www.youtube.com. İstifadə tarixi: 16 oktyabr 2021.* * Ömər aşırımı
  • "Ömər aşırımı. Məhv edilən erməni postları və Kəlbəcərdə dalğalanan üçrəngli bayrağımız". www.youtube.com. İstifadə tarixi: 16 oktyabr 2021.
  • "Ömər aşırımı". soz6.com. İstifadə tarixi: 16 oktyabr 2021.

Həmçinin bax

İstinadlar

  1. "Geomorfoloji terminlər lüğəti". (#cite_web_url); (#accessdate_missing_url)
  2. "Azərbaycan təbii sərvətlərin paylanmasında ekosistemlərin tərkib hissəsi olan relyefin rolu". (#cite_web_url); (#accessdate_missing_url)
  3. "Azərbaycanın paleogeomorfologiyası". (#cite_web_url); (#accessdate_missing_url)
  4. "Murovdağın məşhur Ömər aşırımı". ambur.az. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2021.