Zod aşırımı

Zod aşırımı
40°13′45″ şm. e. 45°58′27″ ş. u.
Hündürlüyü2.365 m
Ölkə  Azərbaycan
Zod aşırımı (Azərbaycan)

Zod aşırımıGöyçə mahalıKəlbəcər rayonunu birləşdirən aşırım.Zod dağ aşırımı Zəngəzur silsiləsinin şimalinda, şərqi Göyçə silsiləsindədir. Hündürlüyü 2365 m. Tərtər çayının hövzəsindən Göyçə gölü hövzəsinə yol buradan keçir.

Dağlıq Qarabağın şimalını Ermənistanla birləşdirən Zod aşırımı özünəməxsus yerdir.[1]

Geomorfologiyası

[redaktə | mənbəni redaktə et]

Şahdağ silsiləsinin cənub-şərqdində, Konqur zirvəsi (3043 m) ilə Kəmərqaya zirvəsi (3008 m) arasəndan keçərək, enlik istiqamətində Ermənistan Respublikası əarzisndəki Zod kəndinə enir. Keçidin mütləq yüksəkliyi 2200 m-dir. May-sentyabr aylarında hər cür nəqliyyat vasitələri üçün açıqdır. Qış dövründə isə xüsusi hazırlıqlı nəqliyyatdan istifadə olunur. Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisindəki Dəmirçidam yaşayış məntəqəsinə 6 km-ə qədər məsafə qət edilməlidir. Aşırıma hər iki tərəfdən hərəkət istiqaməti şay dərəsi boyu (Levçayın qolu) olduğundan su ehtiyatı kifayət qədərdir. Yaxın ətraıənda intensiv məskunlaşma var (müxtəlif növ mədələnlərlə əlaqədar salınmış kiçik qəsəbələr).

Oronim Azərbaycan dilində və onun dialektiarinda "iti uclu", "takabbürlü", "möhkəm" mənalarında işlənilən zod sözündəndir. Qədim Azərbaycan torpaqları olan keçmiş Basarkeçər (indiki Vardenis) rayonunda Zod adlı kənd var.[2]

  1. Fərhad MƏMMƏDOV. "RUSİYALI BLOGGERİN QARABAĞDAN İLGİNC SƏFƏR QEYDLƏRİ". musavat.com. 3 Noyabr 2012. İstifadə tarixi: 4 iyul 2016.
  2. Zod aşırımı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]