Örtmə tikmə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Örtmə tikmə (rus. вышивка гладью, türk. saten dikiş, ing. satin stitch, damask stitch) - bu tikmə üsulunda parça üzərindəki rəsm yastı tikişlərlə tamamən örtülür.

Texnika

Bu üsulda pastelrəngli ipək və yun saplardan istifadə edilir, çox vaxt qızılı saplarla birgə. Bir- və ikitərəfli növləri var. Geyim, divarüstü bəzəklərin, pərdələrin üzü işlənirdi.[1]

Zəncir örtmə tikmə ilə bəzədilmiş Qazaxıstan xalçası

Örtmə tikiş növləri

Örtmə tikmə bir və iki tərəfli ola bilər. Bir neçə tikiş texnikasında işlənə bilər:

  • Yastı örtmə - ikitərəfli olur, tikişlər birinə yaxın, sıx-sıx düzülür
  • Döşəmə örtmə
  • "İrəliyə iynə" tikişi
  • "Geriyə iynə" tikişi
  • Dəlikli örtmə -
  • Nazik bənd örtməsi
  • Su tikişi (rus. стебельчатый шов)
  • İlgəkli tikiş
  • Düyünlü tikiş
  • Zəncir tikiş
  • Sayılı tikiş
  • Kölgəli tikiş - müxtəlif rəngli saplarla işlənilir

və s.[2]

Şəkil qalereyası

İstinadlar

  1. İnternet-dükan "Azerimastera" - Азербайджанская вышивка[ölü keçid]
  2. "Вышивка гладью - Виды швов". 2013-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-24.

Həmçinin bax

Video