Üçyarpaq pteleya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Üçyarpaq pteleya
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Üçyarpaq pteleya
Beynəlxalq elmi adı

Ümumi yayılması

Şimali Amerikada — Ontorio və Nyu-Yorkdan Floridaya, Şimal-qərbi Minnesatiyaya qədər yayılmışdır.[2]

Botaniki təsviri

6–8 m-ə qədər hündrlükdə şarşəkilli çətirə malik ağacdır. Gövdəsinin qabığı tünd boz rəngdə olub, üzəri ziyilli şişlərlə örtülüdür. Cavan budaqları qabaqca yaşımtıl, ikinci il qırmızı-qonur rəngdə olur, seyrək tükcüklüdür. Yarpaqları üçər, yarpaqcıqları uzunsov-ellipsvarı və ya yumurtavari, 6–12 sm uzunluqdadır. Üstdən parlaq, tünd yaşıl, altdan azca yaşıl rəngli olub, çılpaqdır. Yarpağın saplağının ümumi uzunluğu yarpaqcıqların uzunluğuna bərabərdir. Çiçəkləri 1 sm-ə qədər diametrdə olan ellipsvarı və ya bəzən tərs lansetvarı, yaşılımtıl-ağ rəngli ləçəklərə malikdir. Kasacıq 1–2 mm uzunluqda uzunsov və ya yumurtavarı dilimlidir. İyun-iyul aylarında çiçəkləyir, meyvəsi sentyabr-oktyabrda yetişir. 1,5–3 sm diamterdə tərs yumurtavarı və ya dairəvi qanadcıqdır, ikitoxumludur.

Ekologiyası

Rütubət və nəmişlik sevən bitkidir, suvarma tələb edir.

Azərbaycanda yayılması

Nəbatət bağında introduksiya olunmuşdur. 1–1,5 m-ə qədər hündürlüyə qalxır, hər il çiçəkləyir və toxum verir.

İstifadəsi

Dekorativ kol kimi yaşıllaşdırmada istifadə oluna bilər. Yaşıllaşdırmada ən çox f. aurea Schelle- qızılyarpaq və f. glauca Kirchn -boz, cavan vaxtı tükcüklü yarpaqları olan formaları daha əhəmiyyətlidir.

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 118.
  2. Tofiq Məmmədov, "Azərbaycan dendroflorasi" V cild, Baki, "Elm", 2019, 370 səh.