Üçyarpaq pteleya

Şimali Amerikada - Ontorio və Nyu-Yorkdan Floridaya, Şimal-qərbi Minnesatiyaya qədər yayılmışdır.

Üçyarpaq pteleya
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Üçyarpaq pteleya
Beynəlxalq elmi adı

Ümumi yayılması[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

6–8 m-ə qədər hündrlükdə şarşəkilli çətirə malik ağacdır. Gövdəsinin qabığı tünd boz rəngdə olub, üzəri ziyilli şişlərlə örtülüdür. Cavan budaqları qabaqca yaşımtıl, ikinci il qırmızı-qonur rəngdə olur, seyrək tükcüklüdür. Yarpaqları üçər, yarpaqcıqları uzunsov-ellipsvarı və ya yumurtavari, 6-12 sm uzunluqdadır. Üstdən parlaq, tünd yaşıl, altdan azca yaşıl rəngli olub, çılpaqdır. Yarpağın saplağının ümumi uzunluğu yarpaqcıqların uzunluğuna bərabərdir. Çiçəkləri 1 sm-ə qədər diametrdə olan ellipsvarı və ya bəzən tərs lansetvarı, yaşılımtıl-ağ rəngli ləçəklərə malikdir. Kasacıq 1–2 mm uzunluqda uzunsov və ya yumurtavarı dilimlidir. İyun-iyul aylarında çiçəkləyir, meyvəsi sentyabr-oktyabrda yetişir. 1,5-3 sm diamterdə tərs yumurtavarı və ya dairəvi qanadcıqdır, ikitoхumludur.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Rütubət və nəmişlik sevən bitkidir, suvarma tələb edir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Nəbatət bağında introduksiya olunmuşdur. 1-1,5 m-ə qədər hündürlüyə qalхır, hər il çiçəkləyir və toхum verir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Dekorativ kol kimi yaşıllaşdırmada istifadə oluna bilər. Yaşıllaşdırmada ən çoх f. aurea Schelle- qızılyarpaq və f. glauca Kirchn -boz, cavan vaхtı tükcüklü yarpaqları olan formaları daha əhəmiyyətlidir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 118.