İbrahim İlyaslı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İbrahim İlyaslı
Doğum tarixi 10 mart 1963(1963-03-10) (61 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti şair

İbrahim İlyaslı (tam adı:Hacıyev İbrahim Musa oğlu; 10 mart 1963, Aslanbəyli, Qazax rayonu) — tanınmış şair, Prezident təqaüdçüsü (1999), Azərbaycan Yazıçılar Birliyinin (1998) üzvü, Türk Edebiyyatı Vakfının Fəxri üzvü (2018), RF Çuvaşıstan Yazıçılar İttifaqının üzvü (2023)

Həyatı

İbrahim İlyaslı 1963-cü il mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub[1]. 1990-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1980-ci ildən Sumqayıt şəhərində yaşayır.

Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. "Bu bahar oldu" adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı "Politexnik" qəzetində dərc olunub. 1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrini yaratdığı "Dəniz" Ədəbi Birliyinə sədr secilib və o vaxtdan taleyini bu şəhərin ədəbi mühiti ilə bağlayıb. 1990-cı ldə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Hamı bir körpüdən keçir" adlı ilk şeirlər kitabı 1998-ci ildə "Ağrıdağ" nəşriyyatında çap olunub. "Mən bir söz bilirəm" adlı ikinci şeirlər kitabı 2004-cü ildə "Adiloğlu" nəşriyyatında, "Yuxuma söykənmiş adam" adlı üçüncü şeirlər kitabı 2011-ci ildə "Avrasiya Press" nəşriyyatında, "Şair olmaq zülümdü" adlı dördüncü şeirlər kitabı isə 2018-ci ildə "Qələm Nəşrlər Evi"ndə nəşr edilib. 2020-ci ildə tərcümələrdən ibarət "Qırmızı almadan Qızıl almaya" kitabı "Vektor" Beynəlxalq Nəşrlər Evi tərəfindən çap edilib.

Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına fərdi təqaüdlər verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

2008-ci ildə Mahmud Kaşqari adına Beynəlxalq Fondun "Bilgələr Gənəsi"nin qərarı ilə türk uduq Süb-Yeri və Türk budunu yolunda əvəzsiz çalışmalarına görə Fondun və Türk Törə Ocağının təsis etdiyi "San Yarlığı" ödülünə layiq görülüb. 2018-ci ildə isə ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə "Mahmud Kaşqari Medalı" ilə təltif edilib.

2019-cu ildə "Şair olmaq zülümdü" adlı şeirlər kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" mükafatına layiq görülüb.

2019-cu ildə "Vektor" Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi "Şahmar Əkbərzadə mükafatı"nın laureatı olub.

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə "TƏRƏQQİ" medalı ilə təltif edilib.

Şeirləri Türkiyədə, Rusiyada, Özbəkistanda(2016) və Qazaxstanda(2018) nəşr olunmuş "Çağdaş Azərbaycan poeziyası" antologiyalarına daxil edilib.

2000-ci ildən eyni zamanda tərcüməçilik fəaliyyəti ilə məşğuldur. Türkiyə türkcəsindən bir çox kitabları Azərbaycan türkcəsinə uyğulayıb. Rus, fransız, qazax, qırğız, özbək şair və nasirlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Hal-hazırda Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru vəzifəsində çalışır.

Azərbaycan Yazıçılar Birliyinin 2022-ci ildə keçirilmiş XIII qurultayında AYB "Poeziya Seksiyası"nın rəhbəri vəzifəsinə təyin edilib.

Kitabları

  • "Hamı bir körpüdən keçir", 1998-ci il. "Ağrıdağ" nəşriyyatı
  • "Mən bir söz bilirəm", 2004-cü il. "Adiloğlu" nəşriyyatı
  • "Yuxuma söykənmiş adam", Bakı, "Avrasiya Press", 2011., 64 səh. Tiraj 1000. ISBN 978-9952-442-35-9
  • "Şair olmaq zülümdü"., Bakı., "QƏLƏM" Nəşrlər Evi, 2018., 192 səh. Tiraj 1000 ISBN 978-9952-465-90-7
  • "Qırmızı almadan Qızıl Almaya"(Tərcümələr)., "VEKTOR" Beynəlxalq Nəşrlər Evi., 2020,, 316 səh. Tiraj 500.

Tərcümə etdiyi və tərcümə olunmasında iştirak etdiyi kitablar

  • "Avrasiyanın ürəyində" — Nursultan Nazarbayev . Bakı , "Ecoprint&advertising company", 2014.
  • " Hekayələr" — Çingiz Aytmatov , Bakı "Altun kitab " nəşrlər evi 2014. ISBN 978-9952-24-205-8
  • "Məhəmməd peyğəmbərin (s.ə.s) xristianlara 6 vədi " — Con Endryu Morrou (İlyas Abdəl) Bakı, "Qələm " nəşrlər evi ,2017
  • "Qazax xanlığı — mənbəyi, ənənəsi və irsi", Bakı "Şərq Qərb Nəşriyyat Evi" 2015. ISBN 9789952505948
  • ABAY. "Şeirlər, Poemalar, Qara sözlər",. Bakı, "CBS-PP", 2020. səh.448. Tiraj 500. ISBN 978-9952-414-17-2
  • Jorj Sand., "Nənəmin nağılları — Piktordu qalası"(Sinifdənxaric oxu) I kitab., "Çaşıoğlu" nəşriyyatı., Bakı — 2020., ISBN 978-9952-27-537-7
  • Jorj Sand., "Nənəmin nağılları — Şahzadə qurbağa"(Sinifdənxaric oxu) II kitab., "Çaşıoğlu" nəşriyyatı., Bakı — 2020., ISBN 978-9952-27-538-4

Türkiyə türkcəsindən çevirdiyi kitablar

  • "Kurtlar vadisi" — Zülfi Canpolad , Bakı "Qələm " nəşrlər evi 2013. ISBN 978-9952-465-85-3
  • "Tarixi dəyişdirən məxvi servislər" — Əli Çimən , Bakı, "Qələm " nəşrlər evi .ISBN 978-9952-468-32-8
  • "Problemi necə həll etməli" — Aylin Atmaca , Bakı ,"Altun kitab " nəşrlər evi , ISBN 978–9952-24–273–7
  • "Sən Eşqsən" (şeirlər) — Sərvət Gürcan, Bakı, "Ecoprint", 2018. ISBN 978 9952 29 089 6
  • "Bil, oğlum…" (şeirlər) — Serhat Kabaklı, Bakı, "Mütərcim", 2018 ISBN 978-9952-28-374-7

Odaptasiya etdiyi (məktəblilər üçün işlədiyi) kitablar

  • "Görünməz adam" Herbert Uels. Bakı ,"Altun kitab " nəşrlər evi.
  • "İtmiş dünya" Artur Konan Doyl. Bakı ,"Altun kitab " nəşrlər evi. ISBN 978-9952-24-322-2
  • "Paris Notrdam Kilsəsi" Viktor Hüqo. Bakı ,"Altun kitab " nəşrlər evi.
  • "Uzuncorab Peppi" Astrid Lindqren. Bakı ,"Altun kitab " nəşrlər evi. ISBN 978–9952-24–231–7
  • "Çingiz Xan" Vasili Yan, Bakı , "Qələm" nəşrlər evi , ISBN 978-9952-468-01-4
  • "Şah Abbas" Elçin Hüseynbəyli. "Qələm" nəşrlər evi , ISBN 978-9952-468-01-4
  • "Tom Soyerin Macəraları" ,Mark Tven , Bakı "Altun kitab " nəşrlər evi, 2011 ISBN 978-9952-24-098-4

Xaricdə çap olunmuş əsərlər (jurnallar)

  • "Yuxuma söykənmiş adam", Təbriz,2013. "Haşimi Sudmənd Yayın Evi". ISBN 978-600-6001-47-0
  • "Çağdaş seçkin Azərbaycan şiiri" , 2014. İSBN 978 9952 8176 1 4
  • "Çağdaş Azərbaycan şiiri " , 2008 ,Türkiyə.
  • "Kardeş kalemler" ,2012 , Ankara ,Türkiyə.
  • "Жалын", 2015 , Qazaxıstan (Almatı).
  • "Поэзия " литературно — художественный журнал , 2013 Moskva.
  • "Türk Ədəbiyyatı" — Aylıq Fikir ve sanat Dergisi, Ocak 2018. İstanbul.
  • "Zamonavıy Ozarbayjon sheriyyatı"(Çağdaş Azərbaycan poeziyası), Antologiya. 2016, Daşkənd "Extremum-press" ISBN: 978-9943-4790-6-7.
  • "Yeni zaman Azərbaycan şeiri antalogiyası" (Qazaxca), I tom, 2018, Astana, "Foliant" İSBN: 978-601-302-959-7.

İstinadlar

  1. "Kitab Klubu İbrahim İlyaslının "Yuxuma söykənmiş adam.." kitabının təqimatını keçirildi — kitabklubu.org saytı". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-30.

Təltiflər

  • Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına fərdi təqaüdlər verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.
  • 2018-ci ildə ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə "Mahmud Kaşqari Medalı" ilə təltif edilib.
  • 2019-cu ildə "Şair olmaq zülümdü" adlı şeirlər kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" mükafatına layiq görülüb.
  • 2019-cu ildə "Vektor" Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi "Şahmar Əkbərzadə mükafatı"nın laureatı olub.
  • Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə "TƏRƏQQİ" medalı ilə təltif edilib.
  • 2018-ci ildə TÜRKSOY-un təsis etdiyi "Molla Pənah Vaqif" medalı ilə təltif edilmişdir.