İhan Egemen Darendelioğlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İhan Egemen Darendelioğlu
Doğum tarixi 1921
Doğum yeri
Vəfat tarixi 19 noyabr 1979(1979-11-19)
Dəfn yeri
Fəaliyyəti siyasətçi, jurnalist
Partiyası
  • Ədalət Partiyası[d]

İhan Egemen Darendelioğlu (1921, Tarsus, Mersin ili19 noyabr 1979) — “Sarı basın kartı” sahibi, qəzet müxbiri, yazıçı, tarix tədqiqatçısı.

1921-ci ildə Mersinin Tarsus bölgəsinin Kürkçülər kəndində doğulub. İbtidai məktəbi elə o kəndə bitirib. Orta məktəbi isə Tarsusda Çukurovada bitirmişdir. Adana Oğlan liseyindən məzun olmuşdur. Ali təhsilini İstanbul Universitetində almış və Ədəbiyyat fakultəsinin Türkologiya şöbəsini bitirmişdir. 1948-ci ildə “ Yeni bozkurt” dərgisini nəş etməyə başlayır. 1950-ci ildə əsgərliyə getmiş, qayıtdıqdan sonra İstanbulda türk dili müəllimi işləmişdir. Sonra isə mətbuat həyatına qoşulmuşdur.

Bayeziddə “ Toprak” mətbəəsini yaratdı, 1954-cü ildə aylıq “ Ülkü” dərgisi nəşr olunmağa başladı. Bu icmal 1979-cu ildə Darendelioğlu öldürülənə qədər nəşr olunmuşdur. 19 oktyabr 1979-cu ildə maşınına mindiyi yerdə sui-qəsd nəticəsində öldürülüb.

Əsərləri

•” Atatürk türk millətçilərinin qləmində” 1961. • “ Türkiyədə kommunist hərəkatlar” Birinci və ikinci cild 1979. • “ Türk millətçiləri tarixində böyük dava” 1976. • “ Kommunist nədi? Kommunist kimdir? 1979. • Ecevit Marksist Mi ? Marksistlerin Maşası Mı ! • Ecevit Marksist Mi ? 1979.