İlqar Məmmədov (idmançı)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İlqar Məmmədov
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 15 noyabr 1965(1965-11-15)[1] (58 yaş)
Doğum yeri
Boyu 183 sm[1]
Çəkisi 83 kq[1]
İdman növü Qılıncoynatma

İlqar Yaşar oğlu Məmmədov (15 noyabr 1965[1], Bakı[2]) — SSRİ və Rusiya qılıncoynadanı, rapiraçı; komanda hesabında ikiqat olimpiya çempionu (1988, 1996), SSRİ əməkdar idman ustası; komanda hesabında 1989-cu il dünya çempionu, dəfələrlə SSRİ və Rusiya çempionu. Rusiya qılıncoynatma komandasının baş məşqçisi (2012-2021). SSRİ-nin əməkdar idman ustası (1988), Rusiyanın əməkdar məşqçisi (2015), Rusiya Qılıncoynatma Federasiyasının prezidenti (2021-ci ildən), RF Silahlı Qüvvələrinin polkovniki.

Həyatı

İlqar Məmmədov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ziyalı ailəsində böyümüşdür. SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi Yaşar Məmmədovun oğludur.[3] 11 yaşına qədər musiqi ilə məşğul olmuşdur. 11 yaşından qılınc oynatma ilə məşğul olmağa başlamışdır. Rapira ilə qılınc oynatma üzrə əməkdar idman ustasıdır. 1987-ci ildə Rusiyaya köşmüş, MOİK idman cəmiyyətində ikiqat olimpiya çempionu Mark Midlerin rəhbərliyi ilə məşqlərə başlamışdır. 1988-ci il Seul Yay Olimpiya Oyunlarında qızıl medala sahib olmuşdur. 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarının da qalibi olmuşdur. 1999-cu ildən məşqçi fəaliyyətinə başlamışdır. Bir qədər sonra ABŞ-yə köçmüş, bir müddət orda yaşadıqdan sonra geri dönmüşdür.

Ailəsi

Ailəlidir. Həyat yoldaşı qılıncoynatma ustası Yelena Jemayevadır. Milena və Ayla adlarında iki qızları var.[4]

İstinadlar

  1. 1 2 3 4 https://www.sports-reference.com/olympics/athletes/ma/ilgar-mamedov-1.html.
  2. 1 2 Olympedia (ing.). 2006.
  3. "Yaşar Məmmədov və oğlu İlqar". 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-03.
  4. "Елена Жемаева о женской сабле и не только". Fencingfuture.org. 3 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 August 2014.

Xarici keçidlər