İlqar Məmmədov (idmançı)

İlqar Yaşar oğlu Məmmədov (15 noyabr 1965[1], Bakı[2]) — SSRİ və Rusiya qılıncoynadanı, rapiraçı; komanda hesabında ikiqat olimpiya çempionu (1988, 1996), SSRİ əməkdar idman ustası; komanda hesabında 1989-cu il dünya çempionu, dəfələrlə SSRİ və Rusiya çempionu. Rusiya qılıncoynatma komandasının baş məşqçisi (2012–2021). SSRİ-nin əməkdar idman ustası (1988), Rusiyanın əməkdar məşqçisi (2015), Rusiya Qılıncoynatma Federasiyasının prezidenti (2021-ci ildən), RF Silahlı Qüvvələrinin polkovniki.

İlqar Məmmədov
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 15 noyabr 1965(1965-11-15)[1] (59 yaş)
Doğum yeri
Boyu 183 sm[1]
Çəkisi 83 kq[1]
İdman növü Qılıncoynatma
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlqar Məmmədov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ziyalı ailəsində böyümüşdür. SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi Yaşar Məmmədovun oğludur.[3] 11 yaşına qədər musiqi ilə məşğul olmuşdur. 11 yaşından qılınc oynatma ilə məşğul olmağa başlamışdır. Rapira ilə qılınc oynatma üzrə əməkdar idman ustasıdır. 1987-ci ildə Rusiyaya köşmüş, MOİK idman cəmiyyətində ikiqat olimpiya çempionu Mark Midlerin rəhbərliyi ilə məşqlərə başlamışdır. 1988-ci il Seul Yay Olimpiya Oyunlarında qızıl medala sahib olmuşdur. 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarının da qalibi olmuşdur. 1999-cu ildən məşqçi fəaliyyətinə başlamışdır. Bir qədər sonra ABŞ-yə köçmüş, bir müddət orda yaşadıqdan sonra geri dönmüşdür.

Ailəlidir. Həyat yoldaşı qılıncoynatma ustası Yelena Jemayevadır. Milena və Ayla adlarında iki qızları var.[4]

  1. 1 2 3 4 https://www.sports-reference.com/olympics/athletes/ma/ilgar-mamedov-1.html.
  2. 1 2 Olympedia (ing.). 2006.
  3. "Yaşar Məmmədov və oğlu İlqar". 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-03.
  4. "Елена Жемаева о женской сабле и не только". Fencingfuture.org. 3 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 August 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]