İmaməli Həbibi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İmaməli Həbibi
Doğum tarixi 27 may 1931(1931-05-27) (92 yaş)
Doğum yeri
Fəaliyyəti güləşçi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmam Əli Həbibi Gudərzi (fars. امامعلی حبیبی گودرزی‎, 27 may 1931, Babül, Mazandaran ostanı)[1] — "Mazandaran pələngi" ləqəbi ilə tanınan iranlı güləşçi, sərbəst güləşdə 67 kq çəki dərəcəsində 1956-cı il Yay olimpiya oyunlarının qalibi.

1960-cı il Roma Olimpiadasında ABŞ təmsilçisi Duqlas Blyuboya uduzaraq 4-cü olmuşdur. Həbibi hazırda Mazandaran ostanının Babol şəhərində yaşayır. O, FİLA-nın şərəf zalına daxil edilmişdir.

Karyerasını 1961-ci ildə başa vurmuşdur.[2] İdmançı karyerasını bitirdikdən sonra İran parlamentinə seçildi. Bundan əlavə, Həbibi kinoşirkət yaradaraq avtobioqrafik "Mazandaran pələngi" filmində və daha 3 filmdə baş rolda çəkildi.

Nailiyyətləri

  • 1956-cı il Yay Olimpiya Oyunlarının qızıl medalı, Melburn, Avstraliya (67 kq)
  • 1958-ci il Asiya oyunlarının qızıl medalı, Tokio, Yaponiya (67 kq)
  • 1959-cu il Dünya Kubokunun qalibi, Tehran, İran (73 kq)
  • 1960-cı il Yay Olimpiya Oyunlarında 4-cü yer, Roma, İtaliya (73 kq)
  • 1961-ci il Dünya Kubokunun qalibi, İokohama, Yaponiya (73 kq)
  • 1962-ci il Dünya Kubokunun qalibi, Toledo, Ohayo, ABŞ (78 kq)

İstinadlar

  1. کتاب "فرزند شالیزار"،انتشارات المپیک،چاپ اول،سال1334 هجری شمسی. The Son of the Rice fields. Iran: Olympic. 1955 (1334, Persian Calendar).
  2. "Мазандаранский тигр в Якутии — Республиканская общественно-политическая газета". 2013-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-13.