İmam Əli Həbibi Gudərzi (fars. امامعلی حبیبی گودرزی, 27 may 1931, Babül, Mazandaran ostanı)[1] — "Mazandaran pələngi" ləqəbi ilə tanınan iranlı güləşçi, sərbəst güləşdə 67 kq çəki dərəcəsində 1956-cı il Yay olimpiya oyunlarının qalibi.
İmaməli Həbibi | |
---|---|
Doğum tarixi | 27 may 1931 (92 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | güləşçi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
1960-cı il Roma Olimpiadasında ABŞ təmsilçisi Duqlas Blyuboya uduzaraq 4-cü olmuşdur. Həbibi hazırda Mazandaran ostanının Babol şəhərində yaşayır. O, FİLA-nın şərəf zalına daxil edilmişdir.
Karyerasını 1961-ci ildə başa vurmuşdur.[2] İdmançı karyerasını bitirdikdən sonra İran parlamentinə seçildi. Bundan əlavə, Həbibi kinoşirkət yaradaraq avtobioqrafik "Mazandaran pələngi" filmində və daha 3 filmdə baş rolda çəkildi.