İmre Laslotski

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

İmre LaslotskiMacarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən)[1]

Həyatı

İmre Laslotski 1961-ci ildə anadan olmuşdur.[2]

Moskva Dövlət Universitetinin və Hollandiyanın Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur.[2]

Diplomatik karyerasına Macarıstan XİN-də məruzəçi vəzifəsi ilə başlamış, daha sonra Nazirliyin departamentlərindən birinə baş direktor təyin edilmişdir.[2]

O, Macarıstanın Küveyt, Mərakeş, Liviyadakı diplomatik missiyalarında çalımış və ölkəsinin Tacikistan, Qırğızıstan və Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur.[2]

2015-ci ilin sentyabr ayından Macarıstanın Azərbaycandakı səfirliyinə başçılıq edir.[2]

Şəxsi məlumatlar

Evlidir, 2 uşağı var.[2]

İngilis, rus, ərəb, portuqal və italyan dillərini bilir.[2]

İstinadlar

  1. İlham Əliyev Macarıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. president.az, 29.09.2015  (az.)
  2. 1 2 3 4 5 6 7 Macarıstanın Azərbaycandakı yeni səfiri məlum oldu Arxivləşdirilib 2015-10-21 at the Wayback Machine. trend.az, 17.06.2015  (az.)