İmre Laslotski — Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən)[1]
İmre Laslotski 1961-ci ildə anadan olmuşdur.[2]
Moskva Dövlət Universitetinin və Hollandiyanın Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur.[2]
Diplomatik karyerasına Macarıstan XİN-də məruzəçi vəzifəsi ilə başlamış, daha sonra Nazirliyin departamentlərindən birinə baş direktor təyin edilmişdir.[2]
O, Macarıstanın Küveyt, Mərakeş, Liviyadakı diplomatik missiyalarında çalımış və ölkəsinin Tacikistan, Qırğızıstan və Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur.[2]
2015-ci ilin sentyabr ayından Macarıstanın Azərbaycandakı səfirliyinə başçılıq edir.[2]
Evlidir, 2 uşağı var.[2]
İngilis, rus, ərəb, portuqal və italyan dillərini bilir.[2]