İosif Yesman

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İosif Yesman
Doğum tarixi 1 dekabr 1868(1868-12-01)
Doğum yeri
Vəfat tarixi 30 iyun 1955(1955-06-30) (86 yaşında)
Vəfat yeri
Elm sahəsi hidravlika
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Azərbaycan SSR əməkdar elm xadimi

İosif Qavriloviç Yesman (1 dekabr 1868, Vileyka[d], Vilen quberniyası[d]30 iyun 1955, Bakı) — Hidravlika sahəsində görkəmli sovet alimi, Azərbaycan SSR EA-nın akademiki (1945), Əmək Qəhrəmanı (1937)[1][2], texnika elmləri doktoru (1933), professor (1933), Azərbaycan SSR Əməkdar elm xadimi (1927).[3]

Həyatı

İosif Yesman 1 dekabr 1868-ci ildə Belarusiyanın Vileyka şəhərində anadan olmuşdur. Ali təhsilini 1892-ci ildə Sant-Peterburq Texnoloji İnstitutunun Mexanika şöbəsində almışdır.[3]

Akademik fəaliyyəti

İosif Yesman adyunkt elmi dərəcəsini 1913-cü ildə, elmlər doktoru elmi dərəcəsini və professor elmi adını 1933-cü ildə almışdır. Azərbaycan EA-nın ilk 15 təsisçisindən biri olan İosif Yesman 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika-texnika elmləri və neft bölməsi üzrə həqiqi üzvü (akademik) seçilmişdir.[3][4]

Yesmanın elmi işləri, əsasən, hidravlika və hidromaşınqayırmaya, porşenli və mərkəzdənqaşma nasoslarının nəzəriyyə və hesablamalarına həsr olunmuşdur. Bir çox SES-lərin layihələndirilməsində iştirak etmişdir. Elmi kadrların hazırlanmasında xidməti olmuşdur.[3]

Əmək fəaliyyəti

İosif Yesman 1914-1917-ci ildə Peterburq Politexnik İnstitunda professor, dekan, 1919–1922-ci illərdə Vladiqafqaz Politexnik İnstitunun rektoru vəzifəsini icra etmişdir. 1922-1924-cü illərdə Azərbaycan Politexnik İnstitutunda professor, kafedra müdiri olmuşdur.[3]

1924-1953-cü illərdə "Azneft"in məsləhətçisi olan İosif Yesman 1926-1929-cu illərdə Azərbaycan SSR Dövlət Elmi Şurasının üzvü, 1928-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun rektoru kimi fəaliyyət göstərmişdir. 1928-1932-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun üzvü, 1932-1935-ci illərdə SSRİ EA Zaqaf­qaziya filialının Azər­bay­can şöbəsinin sektorunun müdiri vəzifəsini icra etmişdir.[3]

İosif Yesman 1935-1945-ci illərdə SSRİ EA Azərbaycan filialın­da Energetika sek­to­runun müdiri, 1945–1955-ci illərdə Azərbaycan SSR EA-nın Energetika İnsti­tutunun direktoru,[5] 1945-1950-ci illərdə AEA Fizika-Texnika elmləri və Neft bölmə­sinin sədri vəzi­fələrində çalışmışdır.[3]

1943-cü ildə Yesmanın 75 illiyi və elmi-texniki fəaliyyətinin 50 illiyi ilə bağlı olaraq Azərbaycan SSR EA Energetika İnstitutuna onun adı verilmişdir.[6]

Mükafatları

İosif Yesman 1953-cü ildə Lenin ordeni, 1941-ci ildə "Qırmızı əmək bayrağı" ordeni, "Qırmızı ulduz" ordeni və "Qafqazın müdafiəsinə görə", "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində əmək igidliyinə görə" medalları ilə təltif edilmişdir. Eyni zamanda 1927-ci ildə "Əməkdar elmi xadimi", 1937-ci ildə "Əmək qəhrəmanı" fəxri adlarına layiq görülmüşdür.[3]

İstinadlar

  1. И. Г. Есьман. Библиография, Б., 1969. səh. 32
  2. "Arxivlənmiş surət". 2014-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-08.
  3. 1 2 3 4 5 6 7 8 "Yesman Iosif Qavriloviç" (Azərbaycan). science.gov.az. 18-09-2021 tarixində arxivləşdirilib.
  4. И. Г. Есьман. Библиография, Б., 1969. səh. 13–14
  5. Azərb. Sovet Ensiklopediyası, V cild, səh. 135
  6. И. Г. Есьман. Библиография, Б., 1969. səh. 13–14