Akademik — akademiyaların həqiqi üzvlərinə verilən ad.[1]
Azərbaycan Respublikasında Milli Elmlər Akademiyasının həqiqi üzvləri akademik adlanır. Akademiklər, bir qayda olaraq, Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər.[2][3]