İqor Protti

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İqor Protti
Ümumi məlumatlar
Doğum tarixi 24 sentyabr 1967(1967-09-24)[1] (56 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 171 sm
Çəkisi 63 kq
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqor Protti (it. Igor Protti; 24 sentyabr 1967[1], Rimini, Emiliya-Romanya) — İtaliyalı keçmiş peşəkar futbolçu. Hücumçu mövqeyində oynayıb.

Karyerası

O, karyerasının çox hissəsini B SeriyasıC Seriyası klublarında keçirib.

İqor Protti karyerasına 1983-cü ildə "Rimini" komandasında başlayıb. 27 may 1984-cü ildə "Rimini" klubu ilə 16 yaşında C1 seriyasında peşəkar futbolçu kimi debüt etdi. Ancaq burada cəmi 7 oyunda meydana çıxır.

1985-ci ildə "Livorno" klubuna transfer edilir. 3 il "Livorno" klubunun formasını geyinən futbolçu, meydana çıxdığı 75 oyunda 12 dəfə fərqlənir.

1988-ci ildə "Virtus Bergamo Alzano" klubuna keçir və burada meydana çıxdığı 30 oyunda rəqib qapılarına 10 dəfə yol tapır.

1989-cu ildə futbolçunun 3 il çəkəcək "Messina" karyerası başlayır.[2] "Messina" klubunda 105 oyunda meydana çıxır və çempionat oyunlarında 31 qol vurur.[3][4]

1992-ci ildə "Bari" klubuna transfer olunur. 1994-cü ildə "Bari" klubu ilə karyerasında ilk dəfə A Seriyasında debüt edir. "Napoli" klubuna qarşı oyunda A Seriyasında ilk qolunu, "Latsio" klubuna qarşı oyunda isə ilk het-trikini edir.[3] 1995–96 mövsümundə, Cüzeppe Sinyori ilə birlikdə İtaliya A Seriyasının bombardiri olur.[5] "Bari" klubunda 112 çempionat oyununda meydana çıxır və 46 qol vurur.

1996-cı ildə "Latsio" klubuna keçir. "Latsio"da 27 çempionat oyununda meydana çıxır və 7 qol vurur.

1997-ci ildə "Napoli" klubuna keçir və meydana çıxdığı 27 oyunda 4 dəfə fərqlənir.

1998-ci ildə qısamüddətli qoşulduğu "Latsio" klubunda 2 oyun keçirdikdən sonra, B Seriyasında yarışan "Reccana" klubuna keçir. Burada meydana çıxdığı 24 oyunda 8 qol vurur.

1999-cu ildə, C1 Seriyasında yarışan "Livorno" klubuna keçir. Tezliklə o bu klubun tarixinə düşəcək oyunçuya çevrilir.[6] Klubda ilk mövsümundə 11 qol vurur. Daha sonra "Livorno"nun kapitanı oldu.[3] "Livorno" klubu C1 Seriyasının 2001–02 mövsümündə çempion olur və B Seriyasına yüksəlir.[3] İqor Protti isə, C1 Seriyasında mövsümun bombardiri olur. Növbəti mövsüm İqor Protti B Seriyasının bombardiri olur.[3] Daha sonra o, 2003–04 mövsümündə gözəl oyunu ilə, "Livorno"nun A Seriyasına yüksəlməsinə kömək edir. 2005-ci ildə futbolçu karyerasını "Livorno"da bitirir. İqor Protii "Livorno"ya ikinci gəlişində 192 çempionat oyununda meydana çıxır və 108 qol vurur.

Uğurları

Komanda

Latsio

  • İtaliya Superkuboku: 1998

Livorno

  • C1 seriyası: 2001–02

Fərdi

  • Serie A bombardiri: 1995–96 (24 qol, Cüzeppe Sinyori ilə birlikdə)[7]
  • B seriyasının bombardiri: 2002–03 (23 qol)[8]
  • C1 seriyasının bombardiri: 2000–01 (20 qol), 2001–02 (27 qol)

İstinadlar

  1. 1 2 Igor Protti // FBref.com (çd.).
  2. Gianluca Sasso. "Igor Protti: "Non ho rimpianti, vi svelo i miei gol più belli"". ilgiornaledigitale.it (italyan). 1 noyabr 2014. 27 aprel 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2023.
  3. 1 2 3 4 5 "Eroi di Provincia: Igor Protti, Zar di Bari e Re di Livorno". dalepepe.it (italyan). 24 fevral 2015. 20 aprel 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2023.
  4. "Igor Protti". tuttocalciatori.net (italyan). 2023-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2023.
  5. Giuseppe Balenzano. "Una doppietta di Protti stende l'Inter". solobarinews.it (italyan). 14 yanvar 2010. 2023-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2023.
  6. Massimiliano Cappello. "AdTech Ad Che fine ha fatto? Protti, lo Zar di Bari e Re di Livorno che si dedica al turismo". calciomercato.com (italyan). 26 yanvar 2015. 2023-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2023.
  7. Roberto Di Maggio; Igor Kramarsic; Alberto Novello. "Italy - Serie A Top Scorers". RSSSF (ingilis). 11 iyun 2015. 31 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2023.
  8. "Italy - Serie B Top Scorers". RSSSF (ingilis). 2023-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2023.

Xarici keçidlər