Cuzeppe Sinyori (it. Giuseppe Signori; 17 fevral 1968[1][2], Alzano Lombardo, Lombardiya)[3]— İtaliyalı keçmiş futbolçu. Hücumçu mövqeyində oynayıb. İtaliya millisinin üzvu olub.
Cuzeppe | ||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Giuseppe Signori | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Cuzeppe Sinyori | |||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Alzano Lombardo, Lombardiya, İtaliya | |||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | İtaliya | |||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 171 | |||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 68 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Karyerasını bitirib. | |||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Sinyori, A Seriyasında ardıcıl 10 səfər oyununda qol vurmaqla rekorda sahibdir[4] (1991–92-də "Focca" ilə bir oyun, 1992–93-də "Latsio" ilə 9 oyun).[5][6]
"İnter" klubunun uşaq futbol məktəbinin yetirməsi olan Cüzeppe Sinyori, ilk debütunu, 1984-cü ildə həvəskarlar çempionatında oynayan "Leffe" komandasında edib. Burada iki mövsüm çıxış edən futbolçu pzunu yaxşı tərəfdən göstərir və komandasının D Seriyasına yüksəlməsinə kömək edir.
Sinyori 1986-cı ildə C Seriyasında yarışan "Pyaçentsa" klubuna keçir. "Pyaçentsa"da 3 il oynadı, 46 matçda 7 qol vurur. 1987–88 mövsümunu icarə əsasında "Trento" klubunda keçirir.
1989-cu ildə "Focca" klubuna keçir. Burada baş məşqçi Zdenek Zeman, Sinyorini cinahdan çıxararaq hücumun mərkəzinə yerləşdirir. Sinyori, "Focca"da 105 oyunda meydana çıxır və 38 qol vurur. "Focca" klubu İtaliya A Seriyasına çıxır.
1992-ci ildə Sinyori, ilk mövsümdə 26 qolla İtaliya çempionatının bombardiri olduğu "Latsio"ya keçdi. O, həmçinin növbəti mövsümdə 23 görüşdə 23 qol vuraraq təkrar A Seriyasının bombardiri olur. 1995-ci ildə "A Seriyası"nda meydana çıxdığı 27 görüşdə 17 qol vurdu. Elə həmin il Cüzeppe Sinyori "Latsio"nun kapitanı təyin edilir. 11 iyun 1995-ci ildə Serxio Kraniotti Sinyorini çox əhəmiyyətli pul qarşılığında "Parma"ya buraxdığını açıqladı. Bu, "Latsio" azarkeşlərini qəzəbləndirir. Onlar, Karionttinin evinin yanına yığışaraq orda nümayiş keçirir. Tiffozi, evə pomidor, yumurta və sikkələr ataraq, və Kraniottidən Sinyorinini satmamasını tələb edir. "Latsio" rəhbərliyi açıq şəkildə bunu gözləmirdi: elə həmin gün Kraniotti danışıqları dayandırdığını açıqladı. 1996-cı ildə Sinyori 31 matçda 24 qol vuraraq üçüncü dəfə çempionatın bombardiri oldu, lakin Sakki onu, İtaliya milli komandasının Avro-96 üçun olan heyətinə dəvət etmir. Növbəti mövsüm Sinyori A Seriyasında 15 qol vurur. "Latsio"da Dino Zoff baş məşqçi postunu tərk edir və isveçli Sven-Qoran Eriksson "Latsio"nun baş məşqçisi təyin edilir. Futbolçunun yeni baş məşqçi ilə münasibətləri pozulur."Latsio" , Sinyorinin yoxluğunda İtaliya Kubokunu qazandıqda, Eriksson, oyunçuya mükafat verməkdən imtina edir. Mövsüm sonunda, Sinyori "Latsio"nu tərk etmək məcbüriyyətində qalır.
1998-ci ildə o "Sampdoriya"ya keçir və 17 matçda Sinyori cəmi 3 qol vurur.
Onurğa əməliyyatı keçirdikdən sonra 1998-ci ilin iyulunda "Bolonya"ya keçir və burada 5 ildə 67 qol vurdu.
Sonra Yunanıstanda "İraklis", Macarıstan klubu "Sopron" komandalarında oynayır və 2006-cı ildə karyerasını bitirir.
31 may 1992-ci ildə İtaliya Milli komandasının heyətində, Portuqaliya ilə matçda debüt edir.
Klub | Mövsüm | Liqa | Kubok | Qitə | Digər | Toplam | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Division | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Leffe | 1984–85 | D Seriyası | 8 | 5 | — | — | — | 8 | 5 | |||
1985–86 | 30 | 3 | — | — | — | 30 | 3 | |||||
Toplam | 38 | 8 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 38 | 8 | ||
Pyaçentsa | 1986–87 | C Seriyası | 14 | 1 | 3 | 0 | — | — | 17 | 1 | ||
Trento | 1987–88 | C Seriyası | 31 | 3 | — | — | — | 31 | 3 | |||
Pyaçentsa | 1988–89 | B Seriyası | 32 | 5 | 5 | 0 | — | — | 37 | 5 | ||
Focca | 1989–90 | C Seriyası | 34 | 15 | — | — | — | 34 | 15 | |||
1990–91 | 34 | 11 | 3 | 1 | — | — | 37 | 12 | ||||
1991–92 | A Seriyası | 32 | 11 | 2 | 0 | — | — | 34 | 11 | |||
Toplam | 100 | 37 | 5 | 1 | 0 | 0 | 0 | 0 | 105 | 38 | ||
Latsio | 1992–93 | A Seriyası | 32 | 26 | 6 | 6 | — | — | 38 | 32 | ||
1993–94 | 24 | 23 | 1 | 0 | 3 | 0 | — | 28 | 23 | |||
1994–95 | 27 | 17 | 5 | 4 | 7 | 0 | — | 39 | 21 | |||
1995–96 | 31 | 24 | 4 | 1 | 3 | 1 | — | 38 | 26 | |||
1996–97 | 32 | 15 | 4 | 0 | 3 | 0 | — | 39 | 15 | |||
1997–98 | 6 | 2 | 4 | 5 | 3 | 2 | — | 13 | 9 | |||
Toplam | 152 | 107 | 24 | 16 | 19 | 3 | 0 | 0 | 195 | 126 | ||
Sampdoriya | 1997–98 | A Seriyası | 17 | 3 | — | — | — | 17 | 3 | |||
Bolonya | 1998–99 | A Seriyası | 28 | 15 | 5 | 1 | 11 | 6 | 2 | 1 | 46 | 23 |
1999–2000 | 31 | 15 | 1 | 0 | 6 | 4 | — | 38 | 19 | |||
2000–01 | 23 | 15 | 2 | 1 | — | — | 25 | 16 | ||||
2001–02 | 14 | 3 | 1 | 0 | — | — | 15 | 3 | ||||
2002–03 | 24 | 12 | — | 3 | 2 | — | 27 | 14 | ||||
2003–04 | 22 | 6 | 1 | 0 | — | — | 23 | 6 | ||||
Toplam | 142 | 66 | 10 | 2 | 20 | 12 | 0 | 0 | 174 | 81 | ||
Karyerasında toplam | 526 | 230 | 47 | 19 | 39 | 15 | 2 | 1 | 614 | 265 |