İrimeyvəli sərv

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İrimeyvəli sərv
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
İrimeyvəli sərv
Beynəlxalq elmi adı

İrimeyvəli sərv — Bitkinin vətəni KaliforniyaABŞ-dır. əsasən Avropanın isti zolağında, Cənubi AmerikaAvstraliyanın mülayim vilayətlərində təbii halda bitir. Hündürlüyü 15–25 m-ə çatıb, düz dayanan iynəyarpaqlı ağacdır. Yaşlandıqda budaqları əyilir və şaxələnmiş çətir əmələ gətirir. Cavan bitkilərin çətiri sütunvarı, enli-konusvarı olub, diametri 1,5–2 m-dir. İynəyarpaqlar parlaq açıq və ya tünd həmişəyaşıl olub, qabıqşəkilli, limon qoxuludur, uzunluğu 0,1–0,2 sm-dir. May ayında çiçəkləyir. Çiçəklərin rəngi açıq sarıdır.

Qozaları qonur, yumurtavarıdır, diametri 2–3,5 sm-dir.

İsti sevəndir, torpağa az tələbkardır, nəmişliyə, küləyə orta davamlıdır, suyun dayanmasına dözmür. Onlardan yaxşı bonsay düzəltmək olur.

İynəyarpaqlarından efir yağı alınır. Bu növ müxtəlif iqlim şəraitini və güclü budanmanı yaxşı keçirir, ona görə də ondan yaşıl hasarların salınmasında geniş istifadə edilir. Bir neçə müxtəlifliyi məlumdur. Abşeronda son dövrlərdə mədəni əkinlərdə rast gəlinir.

Məlumat mənbələri

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın "Qırmızı" və "Yaşıl Kitabları"na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I–III cildlər. 2005; 2006; 2008.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elşad Qurbanov, Tariyel Talıbov.
  • "Azərbaycan dendraflorasi" I cild, Baki, "Elm", 2011, 312 səh.

İstinadlar

Xarici keçidlər