İsa İsayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

İsayev İsa Hüseyn oğlu (15 aprel 1950, Məlikli, Zərdab rayonu) — Azərbaycan həkimi, Azərbaycanın Əməkdar Elm Xadimi [1], tibb elmləri doktoru, professor, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin rəhbəri [2]. Beynəlxalq Ekoenergetika Akademiyasının müxbir üzvü, Amerika, Avropa və Rusiya terapevt-onkoloq-radioloq cəmiyyətlərinin həqiqi üzvü, professor, əməkdar elm xadimidir. 300-dən çox elmi işin, 8 monoqrafiyanın, tibbi dərsliklərinin müəllifidir. 20 tibb elmləri namizədi, 1 elmlər doktoru hazırlamışdır. İsa Hüseyn oğlu İsayev 15.04.2020 ildə Respublika Prezidenfi tərəfindən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.

Həyatı

İsa İsayev 1950-ci ildə Zərdab rayonunun Məlikli kəndində doğulub.

Təhsili

  • 1.09.1966-07.1972 - N.N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə-profilaktika fakultəsi;
  • X.1975-X.1977 - SSRİ Tibb Elmləri Akademiyasının Tibbi Radiologiya İnstitutunda (Obninsk şəhəri) 2 illik «tibbi rentgenologiya və radiologiya» üzrə klinik ordinatura.
  • X1.1987-X1.1989-ci illər-SSRİ Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına Onkoloji Elmi Mərkəzində (Moskva şəhəri) klinik onkoradiologiya üzrə doktorantura.
  • Dissertasiyalar: 23.X1.1981- SSRİ TİBB Elmləri Akademiyasının Tibbi Radiologiya İnstitutunun (Obninsk şəhəri)Elmi Şurasının qərarı ilə tibb elmləri namizədi, 19.01.1990-ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Tibb Elmləri Doktoru elmi dərəcəsi verilmişdir.

Əmək fəaliyyəti

  • 1972-1974-SSRİ Ordu sıralarında həkim.
  • 1975-1977-SSRİ Tibb Elmləri akademiyasının Tibbi radiologiya institutunda (Obninsk şəhəri) klinik ordinatura.
  • 1977-1982-SSRİ TEA Tibbi radiologiya institutunun (Obninsk ş.) şüa müalicəsi şöbəsində kiçik elmi işçi.
  • 1982-hal-hazırda: Azərbaycan Respublikası Səzhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (Bakı şəhəri) Şüa müalicəsi şöbəsinində kiçik elmi işçi, baş elmi işçi, rəhbər.

1977- 2022.ci illərdə Azərbaycan və dünyanın aparıcı elmi jurnallarında 300-dən çox elmi əsər çap etdirmişdir. Bunlar əsasən klinik onkologiya və klinik radioterapiyanın müxtəlif aspektlərinə həsr edilmişdir. Onlardan:

  • 1.Polikimyəvi və şüa müalicəsindən sonra sümük iliyinin şüalanmış sahələrində qan yaranması. Radiobiology, Radiotherapy, 1981, n.1. pp. 38-42.
  • 2.Neposredstvennıye rezultatı poliximioterapii u bolnıx rakom pişevoda. Terap. Arxiv, 1986. n.9, str. 67-70.
  • 3.Termoradioterapiə raka pişevoda. Baku, 1988.
  • 4.C.Ə.Əliyev, İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri. Bakı, 2012, 1200 səhifə.

İstinadlar

  1. "Səhiyyə işçilərinə fəxri adlar verilib". 2013-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-18.
  2. "İsa İsayevdən, Bakı, Azərbaycan". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-18.