İsao İcima

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İsao İcima
yap. 飯島 魁
Doğum tarixi 24 iyul 1861(1861-07-24)
Doğum yeri
Vəfat tarixi 14 mart 1921(1921-03-14) (59 yaşında)
İş yeri
Təhsili
Mükafatları II dərəcəli "Müqəddəs xəzinə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsao İcima (飯島魁, İicima İsao?, 24 iyul 1861, Hamamatsu[d], Şizuoka prefekturası14 mart 1921)Yaponiya zooloqu. O, "Yaponiyada parazitologiyanın atası" hesab olunur.[1]

Həyatı

İsao İcima 24 iyul 1861-ci ildə müasir Şizuoka prefekturasının ərazisində yerləşən Hamamatsu şəhərində samuray ailəsində doğulmuşdur.[1] Atasının təsiri ilə xarici dillərə və elmə maraq göstərmişdir.[1] 1878-ci ildə Tokio Universitetinin Elm Kollecinə daxil olmuşdur.[1] 1881-ci ildə məzun olmuş və dərhal kollecdə köməkçi vəzifəsinə təyin olunmuşdur.[1]

İcima 1882-ci ildə zoologiya təhsili almaq üçün Almaniyaya getmiş və Leypsiq Universitetinə daxil olmuşdur.[1] O, üç il boyunca Rudolf Leykartın tələbəsi olmuş və onun təsiri altında parazitologiyaya böyük maraq göstərmişdir.[1] 1884-cü ildə universiteti fəlsəfə doktoru dərəcəsi ilə bitirmişdir.[1] 1885-ci ildə Yaponiyaya qayıdaraq Tokio Universitetinin zoologiya professoru olmuş və ölümünə qədər bu vəzifəni tutmuşdur.[1] 1891-ci ildə elmlər doktoru dərəcəsi almış və Yaponiya Elmlər Akademiyasına qəbul edilmişdir.[2]

İcima şərab içməyi, ovçuluqla məşğul olmağı və tütün çəkməyi sevirdi. O, 14 mart 1921-ci ildə ölmüşdür.[1]

Elmi töhfələri

İcima altı istiqamətdə fəaliyyət göstərmişdir: zəlilər, quşlar, kirpikli qurdlar, parazitlər, süngərlər və dərsliklər.[1] Onun zəlilərə marağı Tokio Universitetinin zoologiya professoru olmuş Çarlz Otis Vitmandan qaynaqlanmışdır.[1] İcima Yaponiyaya qayıtdıqdan sonra zəlilərdən, xüsusilə də, quru zəlilərindən ibarət böyük kolleksiya toplamışdır.[1] Təxminən həmin dövrdə ornitologiyaya maraq göstərməyə başlamış, Yaponiya Ornitologiya Cəmiyyətinin ilk prezidenti seçilmişdir.[1]

Almaniyada olarkən kirpikli qurdları, 1893-cü ildə isə süngərləri araşdırmağa başlamışdır.[1] İcima ən çox parazitologiya sahəsindəki fəaliyyətinə görə tanınır.[1] O, Yaponiyada parazitologiya elminin qurucusu hesab olunur.[1] 1885-ci ildə Yaponiya parazitlərini araşdırmağa başlamış, Tokio Universitetində parazitologiya üzrə mühazirə verən ilk şəxs olmuşdur.[1] O, həmçinin parazitologiya haqqında yapon dilindəki ilk əsərləri yazmışdır.[1] O, enli lentşəkilli qurdların əsl mənşəyini nümayiş etdirmək üçün bu növün sürfəsini udmuşdu.[1] 1918-ci ildə "Zoologiyanın xülaləsi" əsəri nəşr olunmuşdur.[2]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Yoshida, Sadao. "Isao Ijima: The Father of Parasitology in Japan (With Potrait Plate)". The Journal of Parasitology (ingilis). Allen Press. 10 (3). mart 1924: 165–167. 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2022.
  2. 1 2 The Japan Biographical Encyclopedia & Who's Who

Ədəbiyyat