İtidişli itburnu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İtidişli itburnu
Elmi təsnifat
Beynəlxalq elmi adı

İtidişli itburnu (lat. Rosa oxyodon) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.

Ümumi yayılması

Gürcüstanda (Tuşeniya) və Dağıstanda təbii arealı vardır.

Azərbaycanda yayılması

Böyük Qafqazda Quba rayonu ərazisində rast gəlinir.

Statusu

Azərbaycanın nadir bitkisidir. VU D2.

Bitdiyi yеr

Yuxarı dağ və subalp qurşaqlarda meşələrin kənarlarında, kolluqlarda çayların kənarlarında, çəmənliklərdə və yamaclarda yayılmışdır.

Təbii ehtiyatı

Azərbaycanda dar bir arealı vardır.

Bioloji xüsusiyyətləri

Hündürlüyü 1 m-ə qədər olan qırmızımtıl və ya tünd qırmızı qabıqlı alçaqboy koldur. Qopartikanları möhkəm, düz yönəlmiş tək-tək və ya cüt-cüt yеrləşmişdir. Yarpaqları 5-7 ədəd yumru və ya ellipsşəkilli ikiqat dərin dişli yarpaqcıqlardan təşkil olunmuşdur. Çiçəkləri tək-tək və ya 2-7-dir. Çiçək saplağı 1-4 sm uzunluqda, sıx vəzicikli kobud tüklüdür. Ləçəkləri çəhrayı rəngli olub, zəif oyuqludur. Meyvəsi yumurtavarı, armudvarı və ya kürəcikvarı оlub adətən tüklüdür. İyun ayında çiçək açır.

Çoxalması

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi

Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri

Xüsusi mühafizə tədbirləri tərtib edilməmişdir.

Zəruri qoruma tədbirləri

Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.

İstinadlar

  1. The Plant List (ing.). 2010.

Həmçinin bax