İvan Milkoviç

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İvan Miljkovic
Şəxsi məlumatlar
Tam adı İvan Miljkovic (Иван Миљковић)
Doğum tarixi 13 sentyabr 1979(1979-09-13) (44 yaş)
Doğum yeri
Vətəndaşlığı
Voleybolçu məlumatları
Boyu 206 sm
Çəkisi 88 kq
Bloku 333 sm
Mövqeyi Hücumçu
Karyerası
Komandası Türkiyə Fenerbahçe Grundig
Nömrəsi 14
Milli komanda karyerası
1998-2012 Serbiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İvan Milkoviç (13 sentyabr 1979, Niş[d]) — serb voleybolçu.

Karyerası

Voleybola 1992-ci ildə başlayıb. Onun peşəkar voleybol karyerası 1997-ci ildən Belqrad "Partizan"ından başlayır. İlk dəfə milli komanda formasını 1998-ci il 4 oktyabrda Yaponiyada keçirilən Dünya Çempionatında geyinib. Elə həmin mundialın gümüş mükafatçısı olub. Yuqoslaviya forması ilə 2000-ci il Sidney Yay Olimpiyadasında çempionluq yaşayıb. Yuqoslaviya millisinin ən gənc üzvü olan 21 yaşlı İvan Rusiya millisinə qarşı olan final matçında 19 xalla komandasının ən yaxşı nəticə göstərən oyunçusu olur. Bundan 1 il sonra 2001-ci il Avropa Çempionatında da çempionluq yaşayan İvan artıq klub karyerasını İtaliyada davam etdirirdi. 1997-ci ildən başlayan klub karyerasında öz vətənindən əlavə İtaliya, Yunanıstan və Türkiyə kimi ölkələrdə legioner həyatı yaşayıb. 8 il İtaliyada oynayan İvan italyan liqasındakı maddi məsələlərlə əlaqədar növbəti 2 ilini Yunanıstanda keçirmək qərarına gəlir. Burada ölkə çempionluğu yaşayan serb oyunçu 2010-cu il 6 iyunda Türkiyənin Fənərbağça klubu ilə müqavilə imzalayır. Demək olar ki, oynadığı bütün turnirlərdə medalçılar sırasında olmaqla yanaşı, həm də ən yaxşılardan olub. O, 2012-ci ilin martında milli komandadakı karyerasına son qoydu.

Xüsusiyyətləri

  • Boy: 206 sm
  • Çəki: 88 kq
  • Mövqe: Hücumçu
  • Blok yüksəkliyi: 333 sm
  • Hücum yüksəkliyi: 354 sm
  • Nömrə: 14

Oynadığı klublar

Tarix Ölkə Klub
1997–2000 Yuqoslaviya Partizan
2000–2007 İtaliya Lube Banka Maçerata
2007–2008 İtaliya Roma Volley
2008–2010 Yunanıstan Olimpiakos
Türkiyə Fənərbağça

Nailiyyətləri

Milli ilə

  • Çempion — 2000-ci il Sidney Yay Olimpiya Oyunları
  • Dünya Çempionatı — Gümüş mükafatçı (1998), bürünc (2010)
  • 2 qat Avropa Çempionu (2001, 2011), bürünc (1999, 2005, 2007)
  • World Grand Champions Cup — bürünc (2001)
  • Dünya Kuboku — bürünc (2003)
  • Dünya Liqası — gümüş (2003, 2005, 2008, 2009), bürünc (2002, 2004)

Klubla

  • İtaliya Kuboku (2000/01, 2002/03), İtaliya Çempionu (2005/06), İtaliya Superkuboku (2006)
  • Çempionlar Liqası — 1-ci yer (2001/02), 4 qat CEV Kuboku qalibi (2000/01, 2004/05, 2005/06, 2007/08)
  • Yunanıstan Çempionu (2008/09, 2009/10), Yunanıstan Kuboku (2008/09)
  • Türkiyə Çempionu (2010/11, 2011/12), Türkiyə Kuboku (2011/12), Türkiyə Superkuboku (2011, 2012)

Şəxsi

  • MVP — Avropa Çempionatı (2001, 2011)
  • "Ən məhsuldar" — Avropa Çempionatı (2001, 2007)
  • "Ən yaxşı servis" — Avropa Çempionatı (2005)
  • MVP — Dünya Liqası (2005)
  • "Ən məhsuldar" — Dünya Liqası (2001, 2002, 2003, 2005, 2008, 2009)
  • "Ən yaxşı servis" — Dünya Liqası (2005)
  • MVP və "Ən yaxşı bloker" — CEV Kuboku (2005/06)
  • "Ən yaxşı hücumçu" — CEV Kuboku (2007/2008)
  • "Ən məhsuldar" — İtaliya Çempionatı (2005/06)

Meydandan kənar

  • Ləqəbi — Qorxunc İvan (Ivan the Terrible)
  • Sevdiyi idman növü — Basketbol
  • Bildiyi dillər — Serb, ingilis, italyan, fransız
  • Ailə vəziyyəti — Željka Mićanović ilə evli
  • Təhsili — Belqrad Universiteti
  • Maraqları — Tarix, internet, musiqi, avtomobillər, idman, kitab oxumaq, rəsm çəkmək
  • Sevdiyi yeməklər — Sarma (serb milli yeməyi), şorbalar
  • Sevimli qrupu — Bon Jovi
  • Sevdiyi rəng — Qəhvəyi
  • Sevimli futbol klubu — Mançester Yunayted
  • Sevimli mahnısı — It`s my life
  • Sevimli filmi — Titanik
  • Sevimli kitabı — Qızılgülün adı (Umberto Eko)

Xarici keçidlər

https://www.facebook.com/voleybolxeberleri/posts/219088571532487

http://www.e-novine.com/sport/ostali-sportovi/61890-Ivan-Miljkovi-zavrio-reprezentativnu-karijeru.htmlArxivləşdirilib 2012-08-12 at the Wayback Machine