İvan Milkoviç (13 sentyabr 1979, Niş[d]) — serb voleybolçu.
İvan Miljkovic | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | İvan Miljkovic (Иван Миљковић) |
Doğum tarixi | 13 sentyabr 1979 (44 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Voleybolçu məlumatları | |
Boyu | 206 sm |
Çəkisi | 88 kq |
Bloku | 333 sm |
Mövqeyi | Hücumçu |
Karyerası | |
Komandası | Fenerbahçe Grundig |
Nömrəsi | 14 |
Milli komanda karyerası | |
1998-2012 | |
Vikianbarda əlaqəli mediafayllar |
Voleybola 1992-ci ildə başlayıb. Onun peşəkar voleybol karyerası 1997-ci ildən Belqrad "Partizan"ından başlayır. İlk dəfə milli komanda formasını 1998-ci il 4 oktyabrda Yaponiyada keçirilən Dünya Çempionatında geyinib. Elə həmin mundialın gümüş mükafatçısı olub. Yuqoslaviya forması ilə 2000-ci il Sidney Yay Olimpiyadasında çempionluq yaşayıb. Yuqoslaviya millisinin ən gənc üzvü olan 21 yaşlı İvan Rusiya millisinə qarşı olan final matçında 19 xalla komandasının ən yaxşı nəticə göstərən oyunçusu olur. Bundan 1 il sonra 2001-ci il Avropa Çempionatında da çempionluq yaşayan İvan artıq klub karyerasını İtaliyada davam etdirirdi. 1997-ci ildən başlayan klub karyerasında öz vətənindən əlavə İtaliya, Yunanıstan və Türkiyə kimi ölkələrdə legioner həyatı yaşayıb. 8 il İtaliyada oynayan İvan italyan liqasındakı maddi məsələlərlə əlaqədar növbəti 2 ilini Yunanıstanda keçirmək qərarına gəlir. Burada ölkə çempionluğu yaşayan serb oyunçu 2010-cu il 6 iyunda Türkiyənin Fənərbağça klubu ilə müqavilə imzalayır. Demək olar ki, oynadığı bütün turnirlərdə medalçılar sırasında olmaqla yanaşı, həm də ən yaxşılardan olub. O, 2012-ci ilin martında milli komandadakı karyerasına son qoydu.
Tarix | Ölkə | Klub |
---|---|---|
1997–2000 | Partizan | |
2000–2007 | Lube Banka Maçerata | |
2007–2008 | Roma Volley | |
2008–2010 | Olimpiakos | |
Fənərbağça |
https://www.facebook.com/voleybolxeberleri/posts/219088571532487
http://www.e-novine.com/sport/ostali-sportovi/61890-Ivan-Miljkovi-zavrio-reprezentativnu-karijeru.htmlArxivləşdirilib 2012-08-12 at the Wayback Machine