İzmir metropoliteni

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İzmir metropoliteni
Loqonun şəkli
Təsvir
Ölkə Türkiyə
Yerləşməsi İzmir ili
Açılış tarixi 22 May 2000-ci il
Gündəlik sərnişindaşıma 350.000
İllik sərnişindaşıma 105 milyon (2016)
Saytı izmirmetro.com.tr
Texniki detallar
Xətlərin sxemi

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İzmir metropliteni- Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə fəaliyyət göstərən metro sistemidir. İzmir metropliteninin 20 kilometrlik tək xətt üzərində olan 17 stansiyası vardır. Sistemin ilk mərhələsi olan 10 stansiya Üçyol-Bornova xətti 22 May 2000-ci ildə istifadəyə verilmişdir. Metropolitenin 2016-cı ildə da 105 milyon sərnişini olmuşdur. Xətt üzərindəki son genişləndirmə 27 İyul 2014-cü ildə başa çatmışdır.

Tarixi

İzmir metroppliteninin tikintisinə 1994-cü ilin dekabr ayında başlanmışdır. 1996-cı ilin avqustunda ilk qatar yollarının qurulmasıbaşa çatmışdır. 2000-ci ilin aprel ayında Üçyol-Bornova arasındakı 10 stansiyalıq hissə 2000-ci il mayın 22-də istifadəyə verilmişdir. [1]

Qərb tərəfdəki 6 stansiya Üçyol-Fahrettin Altay xətti üçün ilk tender 2005-ci ilin mart ayında keçirilmiş və üç aydan sonra xəttin təməli atılmışdır. İki ildə tamamlanaması planlaşdırılan genişləndirmənin kazılma işlərinə 5 iyul 2005-də başlanmışdır. İzmir Böyükşəhər Bələdiyyəsi 14 fevral 2006-cı ildə tenderin qalibi olan firmaya töhmət etmiş və eyni ilin oktyabr ayında tenderi ləğv etmişdir. Daha sonra ikinci tender elan olunmuş və xəttin 31 sentyabr 2008-ci ildə tamamlanacağı bildirilmişdir. Bu dəfə də tenderin qalibi olan firmanın 15 aylıq əlavə müddət istəməsi ilə 13 avqust 2009-cu ildə tender yenidən ləğv edildi. Bundan sonra İzmir Böyükşəhər Bələdiyyəsi qalan işləri öz imkanları ilə tamalamağa başladı. 18 iyul 2012-ci ildə Üçyol-Fahrettin Altay xəttindəki İzmirspor və Hatay stansiyalarında test səfərləri başlandı və bu stansiyalar 29 dekabr 2012-ci ildə istifadəyə verildi. Eyni xətt ürərində olan Göztepe stansiyası 25 mart 2014-cü ildə istifadəyə verilmişdir.[2] Bu xətt üzərindəki son iki stansiya Poligon və Fahrettin Altay 27 İyul 2014-cü ildə açılmışdır.[3] Bu iki stnasiya arasında yerləşən Güzelyalı stansiyası isə, bölgədən keçən yeraltı dərənin olması səbəbindən proyektdən çıxarılmışdır.[4]

İstinadlar

  1. "Arxivlənmiş surət" (PDF). 2010-07-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
  2. "İzmir metrosu Göztepe'ye uzadı". izmir.bel.tr. 25 Mart 2014.
  3. "Kocaoğlu'ndan Bayram Sürprizi: İzmir Metrosunun Son Etabı Açılıyor" Arxivləşdirilib 2014-07-27 at the Wayback MachineDHA. 26 Temmuz 2014.
  4. "Güzelyalı İstasyonu iptal!.." Arxivləşdirilib 2014-07-26 at the Wayback MachineMilliyet. 13 Ekim 2009.