İzmir

İzmirTürkiyənin ən böyük üçüncü şəhəri. İzmir ilinin mərkəzində yerləşir. 2017 TÜİK məlumatlarına görə, İzmirin əhalisi 4.279.677 nəfərdir.

İzmir
İzmir
38°24′ şm. e. 27°10′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub e. ə. III minillik
Sahəsi
Mərkəzin hündürlüyü 9 m[2]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.948.609 nəf. (31 dekabr 2023)
Rəqəmsal identifikatorlar
Telefon kodu +90 232
Poçt indeksi 35000–35999
Nəqliyyat kodu 35
Digər
izmir.bel.tr
Xəritəni göstər/gizlə
İzmir xəritədə
İzmir
İzmir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anadolu yarımadasının qərbində, Egey Dənizi bölgəsinin ortasında yer alan və İzmir körfəzi ətrafında yerləşən şəhər, hər il İzmir Beynəlxalq Sərgisini təşkil edən mühüm bir liman şəhəridir. Ərazisi olaraq ölkənin iyirmi üçüncü böyük ilidir. Qərbində Egey dəniziEgey adaları, cənubunda Aydın, şimalında Balıkəsir, şərqində isə Manisa yerləşmişdir.

İzmirin qərbində dənizi, çimərlikləri və termal mərkəzləri ilə məşhur olan Qaraburun yarımadası uzanır. Qədim Dünya dövrünün ən məşhur şəhərləri arasında yerləşən Efes, Roma İmperiyası dövründə dünyanın ən böyük şəhərlərindən biri idi. Bütün İoniya mədəniyyətinin zənginliklərini özündə saxlayan Efes, sıx bədii tədbirlərlə də adını eşitdirirdi. Bu məqsədlə də bu şəhərə "Gözəl İzmir", "Qədim İzmir" və ya "la Perle de l'Ionie" (İoniyanın İncisi) adlanırdı.

İzmir, yaxtalargəmilərlə dolu uzun və dar bir körfəzin başında yer alır. Sahil boyunca palma, xurma palmaları və geniş prospektlər vardır. İzmir limanı, Türkiyənin ən böyük yeddinci limanıdır.

İzmir şəhərinin adının haradan gəldiyi barədə sübut olunmuş bir məlumat yoxdur. Ancaq, bir vaxt bugünkü İzmir zonasında yaşamış Erektidlərin Amazonlarla müharibə edib qalib gəldiyi; Liderləri Tesenin də, Amazon qadını Simirna ilə evlənir. Onların yaşadıqları yerə, Simirnanın adı verilir və İzmir Şəhərinin adının da Simirnadan gəldiyi ən çox qəbul olunan fikirdir.

Həmçinin regionda uzun illər hakimiyyətdə olan İonların ləhcəsində Smirna şəhərinin adı Smurne, Afina ləhcəsində isə Smryna yazılırdı. Yunanlar bu şəhərin adını Smirni formasında tələffüz edirdilər. Ancaq Smyrna sözü Yunanca deyil, Egey dənizi Bölgəsindəki bir sıra yaşayış adıdır və Anadolu mənşəlidir. E.ə. 2000 əvvəllərinə aid Kayseri Kültəpə yaşayış məskənində ələ keçən bəzi mətnlərində Tismurna adına da rast gəlinir.

İzmirin tanınmış kilsələrindən Müqəddəs Polikarp kilsəsiMüqəddəs Vukolos kilsəsini qeyd etmək olar.

Egey dənizinin tam orta sahillərində yerləşən İzmir şəhəri Anadolu yarımadasının qərbində yerləşməklə, şərqdən Manisa, cənubdan Aydın, şimaldan Balıkesir şəhərləriyə qonşudur.[3] Türkiyədə ən böyük turistik şəhərlərindən biri olan İzmir şəhərinə hava, quru və su yollarından səyyahət etmək mümkündür. İstanbuldan sonra ikinci böyük limana sahib olan İzmir, ilıq iqlimə malikdir, ilin üç yüz günü günəşli keçir. İzmirdə mədəniyyət turizmi, dini inanc turizmi, dəniz turizmi, sağlamlıq turizmi, eko turizm, velosiped turizmi çimərliklər, piknik sahələri, termal sular kimi turistik fəaliiyətlər yerinə yetirilir.[4]

Kelsus Kitabxanası, Efes (Selçuk) İzmir

İzmirdə tarixi və turistik yerlərə Aqora, Perqam, Efes, Erifra, Menderes, Urla, Torbalı, Asansör, Foça qalası, Həvari Yuhənna bazilikası, İsa bəy məscidi, kilsələr, sinaqoqlar, məscidlər, su kəmərləri, körpülər, hamamlar, muzeylər və s. daxildir.[5]

İzmirin tanınmış ali təhsil müəssisələrindən Egey Universiteti, Doqquz Sentyabr Universiteti, İzmir Yüksək Texnologiya İnstitutu, İzmir İqtisadiyyat Universiteti, Yaşar Universiteti, İzmir Katib Çələbi Universiteti, Bakırçay Universiteti, İzmir Demokratiya Universitetiİzmir Tınaztəpə Universitetini qeyd etmək olar.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. https://www.harita.gov.tr/images/urun/il_ilce_alanlari.pdf.
  2. https://it-ch.topographic-map.com/map-8glfz4/Smirne/?zoom=18&center=38.42499%2C27.14392&popup=38.42516%2C27.14428.
  3. "Arxivlənmiş surət". 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
  4. "Arxivlənmiş surət". 2018-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
  5. "Arxivlənmiş surət". 2018-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]