İzostasiya fərziyyəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

İzostasiya fərziyyəsi (rus. гипотеза изостазии, ing. hypothesis of isostasy) — XIX əsrin ortalarında müəyyən edilmiş izostaziya hadisəsinə əsaslanır. İlk dəfə izostaziyanın tektonik amil kimi roluna 1892-ci ildə amerikan geoloqu Datton fikir vermişdir. O, qeyd etmişdir ki, yer qabığının qalxma sahələrindən daşınan materiallar materikləri yüngülləşdirərək onların izostaziya tarazlığını pozur və həmin sahələr qalxmaya, gətirilən materialların toplandığı qonşu sahələr isə enməyə məruz qalır.[1]

Həmçinin bax

İstinadlar

  1. İzostasiya fərziyyəsi // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 134. ISBN 978-9952-453-14-0.