Şüalanma dozası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Şüalanma dozasıŞüalanmanın canlı orqanizmə verdiyi zərər onun toxumaya ötürdüyü enerjinin miqdarından və bu enerjinin toxumada paylanması xüsusiyyətlərindən asılıdır. Maddənin vahid kütləsi tərəfindən udulan şüalanma enerjisinə udulan doza deyilir. Udulan dozanın vahidi Qreydir. 1Qrey(Qr) – 1kq kütlə tərəfindən 1Coul enerjinin udulduğu dozadır.

Müxtəlif növ şüalanma növlərinin insan orqanizminə və toxumalara təsiri fərqlidir. İonlaşdırıcı şüalanma növlərindən asılı olaraq eyni qədər udulan dozanın təsirindən əmələ gələn radiobioloji effektlər fərqli olur. Bu ionlaşdırıcı müxtəlif şüalanmaların hissəciklərinin toxuma ilə qarşılıqlı təsiri zamanı enerjinin ötürülməsi mexanizminin fərqli olması ilə əlaqədardır. Müxtəlif şüalanma növlərinin radiobioloji effekt yaratma qabiliyyətlərinin fərqini əks etdirmək üçün ekvivalent doza adlanan kəmiyyət daxil edilir.

Xarici keçidlər