Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ekvivalent doza – orqan və ya toxumada udulan dozaların məlum şüalanma növü üçün uyğun keyfiyyət əmsalına hasilidir. Fotonlar (rentgen və qamma şüaları) və beta şüalar üçün bu əmsal 1-ə, alfa şüalar üçün isə 20-yə bərabərdir, bu o deməkdir ki, eyni miqdarda enerji ötürüldüyü halda alfa şüalanmanın bioloji effekt yaratma qabiliyyəti beta şüalanma ilə müqayisədə 20 dəfə çoxdur. Bu əmsallar müxtəlif növ şüalanmaların bioloji effekt yaratmaq qabiliyyətinin foton şüalanması ilə müqayisəsidir və ya 1Qrey verilmiş şüalanmadan (alfa, beta, neytron şüalanması) alınmış dozanın bioloji effekt yaratma qabiliyyətinə görə neçə Qrey foton şüalanmasından (rentgen, qamma şüalanması) alınan dozaya ekvivalent olduğunu göstərir.
Ekvivalent dozanın ölçü vahidi Zivertdir (Zv).