Şaban Şahpələngov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şaban Şahpələngov
Şahpələngov Şaban Rzaqulu oğlu
Ümumi məlumatlar
Çəkisi 60 kq[1]
Boyu 168 sm
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Duruşu sağ
Məşqçisi Rəhim Allahverdiyev (Qızıl Əlcək klubu)
Nəticələri
Döyüş  
 • Son 2015[2]

Şahpələngov Şaban Rzaqulu oğlu — Azərbaycan boksçusu

2008-ci ildə Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyasının versiyası üzrə Limassolda keçirilən dünya çempionatında 1-ci; 2010-cu ildə boksda 51 kq çəki dərəcəsində gənclər arasında dünya çempionu[3][4], 2011 Moskvada boks üzrə tələbələr arasında Avropa çempionatının 3-cüsü[5]; 2013-cü ildə 60 kq çəki dərəcəsində boks üzrə Azərbaycan çempionu[6].

2010-cu ildə Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) ilin ən yaxşı boksçularından biri, gənclər arasında dünyanın ən güclü boksçusu seçilib.[7]

Bundan əlavə boksçu dəfələrlə Azərbaycan və beynəlxalq yarışların çempionu adına layiq görülmüşdür.[8][9]

Həyatı

1992-ci ildə Bakı şəhərində anadan olmuş boksçu ilk təhsilini 163 və 189-saylı orta məktəblərdə almışdır. Daha sonra bir müddət Rusiya Federasiyasında yaşayan idmançı yenidən Azərbaycana qayıtmış və 1999-cu ildən "Qızıl Əlcək İdman Klubu"nda Rəhim Allahverdiyevin rəhbərliyi altında məşqlərini davam etdirmiş və beynəlxalq mükafatlara layiq görülmüşdür.

Şahpələngov 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Açılış mərasimində Azərbaycanın bayrağını aparıb[10], oyunlarda 6-cı yerə[11], elə həmin ildə keçirilən dünya çempionatında idmançı "dünya çempionu" adına layiq görülmüşdür.

2012-ci ildə Qazaxıstanın Karaqanda şəhərində SSRİ-nin Əməkdar İdman Ustası, Əməkdar məşqçi Qalım Jarılqapovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirində 1-ci yerə layiq görülüb.[12]

Nailiyyətləri

  • 2008-ci il İtaliya, Kikboks WAKO versiyası üzrə gənclər və yeniyetmələrin dünya çempionatı: qızıl[13]
  • 2009-cu il Xorvatiya, Kikboks WAKO versiyası üzrə gənclər və yeniyetmələrin avropa çempionatı: qızıl[13]
  • 2010-cu il Bakı. Boks üzrə gənclərin dünya çempionatı: qızıl medal qazanmış və gənclərin 2010-cu ildə Sinqapurda keçirləcək ilk olimpia oyunlarına vəsiqə qazanmış.[13]
  • 2012-ci il Bakı. Boks üzrə Tələbələrin dünya çempionatı: qızıl medal.[13]

İstinadlar

  1. Boks üzrə Azərbaycan milli komandası Qazaxıstana yollanmışdır
  2. "Şaban Şahpələngovun dönüşü uğursuz oldu". 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
  3. ŞABAN ŞAHPƏLƏNGOV DÜNYA ÇEMPİONATINDA QIZIL MEDAL QAZANMIŞDIR [YENİLƏNİB]
  4. AZERBAIJAN WINS TWO GOLD AND ONE BRONZE AT AIBA BOXING CHAMPIONSHIP
  5. "Azərbaycan boksçuları Avropa çempionatında beş medal qazanıblar". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
  6. "Boks üzrə Azərbaycan çempionatı başa çatdı". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-30.
  7. "Azərbaycan boksçusu Şaban Şahpələngov planetin ən yaxşısı seçildi". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
  8. "Boksçularımız Qazaxıstanda qalib oldular". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
  9. "Rəhim Allahverdiyev: Hədəfimiz Olimpiya Oyunlarına lisenziya əldə etməkdir". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
  10. "Yeniyetmələrin I Yay Olimpiya Oyunları". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
  11. "Şahpələngov Olimpiadada altıncı oldu". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
  12. "Azərbaycan boksçuları Qazaxıstanda keçirilən beynəlxalq turnirdən 1 qızıl və 1 gümüş medalla qayıdıblar". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
  13. 1 2 3 4 "DOĞUM GÜNÜN MÜBARƏK, HÖRMƏTLİ DÜNYA ÇEMPİONU RƏHİM ALLAHVERDİYEV!." 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.

Xarici keçidlər