Şahpələngov Şaban Rzaqulu oğlu — Azərbaycan boksçusu
Şaban Şahpələngov | |
---|---|
Şahpələngov Şaban Rzaqulu oğlu | |
Ümumi məlumatlar | |
Çəkisi | 60 kq[1] |
Boyu | 168 sm |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Duruşu | sağ |
Məşqçisi | Rəhim Allahverdiyev (Qızıl Əlcək klubu) |
Nəticələri | |
Döyüş | |
• Son | 2015[2] |
2008-ci ildə Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyasının versiyası üzrə Limassolda keçirilən dünya çempionatında 1-ci; 2010-cu ildə boksda 51 kq çəki dərəcəsində gənclər arasında dünya çempionu[3][4], 2011 Moskvada boks üzrə tələbələr arasında Avropa çempionatının 3-cüsü[5]; 2013-cü ildə 60 kq çəki dərəcəsində boks üzrə Azərbaycan çempionu[6].
2010-cu ildə Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) ilin ən yaxşı boksçularından biri, gənclər arasında dünyanın ən güclü boksçusu seçilib.[7]
Bundan əlavə boksçu dəfələrlə Azərbaycan və beynəlxalq yarışların çempionu adına layiq görülmüşdür.[8][9]
1992-ci ildə Bakı şəhərində anadan olmuş boksçu ilk təhsilini 163 və 189-saylı orta məktəblərdə almışdır. Daha sonra bir müddət Rusiya Federasiyasında yaşayan idmançı yenidən Azərbaycana qayıtmış və 1999-cu ildən "Qızıl Əlcək İdman Klubu"nda Rəhim Allahverdiyevin rəhbərliyi altında məşqlərini davam etdirmiş və beynəlxalq mükafatlara layiq görülmüşdür.
Şahpələngov 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Açılış mərasimində Azərbaycanın bayrağını aparıb[10], oyunlarda 6-cı yerə[11], elə həmin ildə keçirilən dünya çempionatında idmançı "dünya çempionu" adına layiq görülmüşdür.
2012-ci ildə Qazaxıstanın Karaqanda şəhərində SSRİ-nin Əməkdar İdman Ustası, Əməkdar məşqçi Qalım Jarılqapovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirində 1-ci yerə layiq görülüb.[12]