Şoranyer qarğa soğanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Elmi adı - Gladiolus halophilus Boiss. et Heldr.[1]

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür.[2]

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu yumurtavari, 15—18 mm hündürlükdə, 10—15 mm enində, pulcuqları paralel-torvari liflidir. Gövdəsi 20-25 sm hündürlükdədir. Yarpaqlar göyümtül, dar – xətvari, sivri, 3-7 mm enində, 3—4 görünən damarlıdır. Çiçək qrupu 2 tərəfli, bəzən 1 tərəfli, 4—6 çiçəkli sünbüldür. Çiçəkyanlığı ağımtıl – göy, enli, açılmış, yuxarı yan tərəfi digər tərəflərdən qısadır. Tozcuqlar bir qədər sapdan qısadır [3].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə may, meyvə əmələ gətirmə iyun aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Aşağı qurşağında, quru yamaclarda yayılmışdır. Kseromezofitdir. Dekorativ bitkidir [3][4][5].

Yayılması

Kiçik Qafqazın mərkəzi və cənub hissələri, Naxçıvan düzənliyi (Sədərək) və dağlıq hissə (Ordubad rayonu –Kotam kəndinin ətrafı) [3][4][5][6].

Sayı və tendensiyası

Populysiyası nadirdir, fraqmentləşmiş sahəsinin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azalması müşahidə olunur .

Məhdudlaşdırıcı amillər

Antropogen və zoogen amillər [4]. Mühafizə tədbirləri: Xüsusi mühafizə tədbirləri görülməyib. Yeni yayılma ərazilərinin tapılması, yasaqlıqların salınması vacibdir.

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  2. http://redbook.az/?options=project&id=%C5%9Eoranyer%20qar%C4%9Fa%20so%C4%9Fan%C4%B1[ölü keçid]
  3. 1 2 3 1. Флора Азербайджана, 1952
  4. 1 2 3 ; 2. İbadlı O.V. 2004
  5. 1 2 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989
  6. 4. Конспект флоры Кавказа, 2006;