Bu məqaləni vikiləşdirmək lazımdır. |
Elmi adı — Gladiolus halophilus Boiss. et Heldr.[1]
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür.[2]
Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu yumurtavari, 15–18 mm hündürlükdə, 10–15 mm enində, pulcuqları paralel-torvari liflidir. Gövdəsi 20–25 sm hündürlükdədir. Yarpaqlar göyümtül, dar – xətvari, sivri, 3–7 mm enində, 3–4 görünən damarlıdır. Çiçək qrupu 2 tərəfli, bəzən 1 tərəfli, 4–6 çiçəkli sünbüldür. Çiçəkyanlığı ağımtıl – göy, enli, açılmış, yuxarı yan tərəfi digər tərəflərdən qısadır. Tozcuqlar bir qədər sapdan qısadır[3].
Çiçəkləmə may, meyvə əmələ gətirmə iyun aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Aşağı qurşağında, quru yamaclarda yayılmışdır. Kseromezofitdir. Dekorativ bitkidir[3][4][5].
Kiçik Qafqazın mərkəzi və cənub hissələri, Naxçıvan düzənliyi (Sədərək) və dağlıq hissə (Ordubad rayonu –Kotam kəndinin ətrafı)[3][4][5][6].
Populysiyası nadirdir, fraqmentləşmiş sahəsinin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azalması müşahidə olunur .
Antropogen və zoogen amillər[4]. Mühafizə tədbirləri: Xüsusi mühafizə tədbirləri görülməyib. Yeni yayılma ərazilərinin tapılması, yasaqlıqların salınması vacibdir.